BMTİP nümayəndələri layihə təşəbbüsündən faydalanan qadınların iş yerlərinə baş çəkib
BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar. Onlar “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünə qoşulan və hazırda sahibkar kimi fəaliyyət göstərən qadınlarla iş yerlərində görüşüblər. Öncə sahibkar Sevil Bəşirovanın dərzi sexində çalışan Şahnaz Muradovaya baş çəkiblər. Sex məktəb geyimləri ilə bağlı sifarişlər alıb və hər iki dərzi bundan məmnundur. Şahnaz deyib ki, bu layihə onun həyatını yaxşılığa doğru […]