“Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” layihəsi uğurla yekunlaşdırılıb.
Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant” müsabiqəsinin qalibi olan “Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” layihəsi uğurla yekunlaşdırılıb. Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin eksperti Aynur Quliyeva, layihəyə cəlb olunan təhsilalanlar, […]