Browsing daily archive

May 20, 2024

MDU nümayəndə heyəti Qazi Universitetinin Texnoloji Fakültəsini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Ankaraya səfər çərçivəsində Qazi Universitetinin Texnoloji Fakültəsini ziyarət edib. Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamiz Mahmudov və Ramin Məmmədov, Qazi Universitetinin və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Gücer təmsil olunub. Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsinin […]

Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

2024-cü il mayın 16-da Ankarada səfərdə olan Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Qazi Universitetini ziyarət edib. Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri Hamız Mahmudov və Ramin Məmmədov, Qazi Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz ve Evren Güçer təmsil olunublar. Ziyarət zamanı MDU nümayəndə heyəti Qazi Universitetinin […]

Mingəçevir Dövlət Universiteti Ankarada beynəlxalq konfransa tərəfdaşlıq edib

2024-cü il mayın 16-da Mingəçəvir Dövlət  Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə təşkilatçılığı ilə Ankarada 5-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransının (5th International Travel and Tourism Dynamics – ITTD 2024) işinə start verilib. AHBVU-nun ev sahibliyi ilə keçirilən və 3 gün davam edəcək konfransın əsas mövzusu “Turizm sahibkarlığında innovativ yanaşmalar” […]

MDU-da “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nə start verilib

2024-cü ilin mayın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 13-18 may tarixlərində keçiriləcək “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nin açılışı olub. Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbələr, magistrantlar […]

Mingəçevir Teatrı Zaqatala və Balakəndə

18-19 may 2024-cü ildə Mingəçevir Dövlət Dram Teatrının kollektivi Zaqatala və Balakənə qastrola gəlib və repertuarına daxil olan iki fərqli tamaşa ilə rayon sakinləri qarşısında çıxış edib. Bu barədə MDDT-nın ədəbi hissə müdiri Elçin Məhərrəm məlumat verib. O, bildirib ki, tamaşalar bir gün fərqi ilə hər iki rayonda saat 12-də başlayıb: “Azərbaycan Respublikasının Xalq şairi […]