Browsing monthly archive

Mart 2024

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Novruz Bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər Təşkilatının, Mingəçevir şəhər təhsil sektorunun rəhbərliyi, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak edib. Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi […]

Gülnarə Həmzəyeva gənc azərbaycanlı qızları su yarışlarında görmək istəyir

Bakıda doğulan  Gülnarə Həmzəyevanın 18 illik həyatının 15 ili Mingəçevirlə bağlıdır. 2009-cu ildə ailəsi işlə bağlı bu şəhərə köçüb. Atası Faiq müəllim o vaxtdan 2023-cü ilə qədər “Kür” Olimpiya Tədris İdman Mərkəzində texniki şöbəyə rəhbərlik edib. Atasının əlindən tutub tez-tez iş yerinə gətirdiyi Gülnarə su idman növünə həvəslənib və 7 yaşından bazanın tərkibində yerləşən üzgüçülük […]

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir Niftəliyev Fazil Səbzəli oğlu 18 mart 2024-cü il tarixdə vəfat etmişdir. Fazil Niftəliyev 1937-ci il sentyabr ayının 15-də Ağdaş rayonunun Hüşün kəndində anadan olmuşdur. 1947-1957-ci illərdə Ağdaş rayon Kükəl kənd orta məktəbində təhsil almışdır. 1958-1961-ci illərdə Leninqrad vilayətində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Fazil Niftəliyev hərbi […]

21 işsiz qadın Biznes Planın hazırlanması üçün təlimə cəlb olunub

Mingəçevir Media Mərkəzində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə usta yanında şagird hazırlığı prosesini başa çatdıran 21 qadın üçün Biznes Planın hazırlanması məqsədilə təlim keçirilib. Dövlət qurumu ilə əməkdaşlıq şəraitində baş tutan təlimi KOBİA-nın eksperti Samir Zamanov aparıb. O, biznesin təsviri və maliyyə planının yazılması ilə bağlı hissələrə diqqəti çəkərkən auditoriyadan “Nə üçün siz bu bizneslə […]

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: Avadanlıq alınması üçün təklif gözlənilir

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə və Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə Valideyn Təlatümü”  təşəbbüsü çərçivəsində podratçı təşkilat olan Mingəçevir Resurs Mərkəzi aşağıdakı malların alınması üçün fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir: 1.Dərzi üçün alətlər (6 dəst) 1.1.Ütü 1.2.Kəsim-biçim stolu 1.3.Maniken 1.4.Overlok (hörmələyici) […]

“Yaxşıların Yaxşısı” sosial- psixoloji layihə uğurla yekunlaşdırılıb

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Bakı şəhər Emin Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin müəllimi, AHİ-nın katibi Şölə Fərəclinin rəhbərlik etdiyi “Yaxşıların Yaxşısı” layihəsi uğurla yekunlaşdırılıb.  Layihə çərçivəsində Emin Quliyev adına 9 nömrəli xüsusi internat məktəbinin 30 şagirdi psixoloq tərəfindən müxtəlif təlimlər və fərdi seanslara […]

Qəbələdə qız şagirdlərinin idman festivalı başa çatıb

Qəbələdə qız şagirdlərinin idman festivalı başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Qəbələ qız şagirdlərinin idman festivalı” layihəsinin bağlanış tədbiri keçirilib. Bağlanış tədbirində çıxış edən layihə rəhbəri Vüsal Abdullayev qonaqlara layihə haqqında geniş məlumat verib. Bağlanış mərasimində təhsil və gənclərlə bağlı layihələr üzrə ekspert Etiram Sadıqzadə, Qəbələ şəhər təhsil sektorunun […]

Mingəçevir Turizm Kollecinin futbol komandası ölkə üzrə ikinci oldu

Naxçıvan Muxtar Respublikanın 100 illiyinə həsr edilmiş tələblər arasında futzal üzrə turnir başa çatıb. 19 ali və orta ixtisas təhsil müəssisələri komandalarının iştirak etdiyi turnirdə Mingəçevir Turizm Kollecinin komandası finala qədər yüksələrək, “Gümüş” medal qazanıb. Çətin mübarizə şəraitində keçən final görüşündə Mingəçevir Turizm Kolleci ilə Naxçıvan Dövlət Universitetinin futbol komandaları qarşılaşıb. Kollecinin tələbəsi Məhərrəmov Elxan […]

“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol”

2024-cü il martın 5-də Mingəçevir Gənclər Evində “Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayıb. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması barədə […]

Müasir Şagirdə Müasir yanaşma layihəsi uğurla yekunlaşdı

“Müasir şagirdə müasir yanaşma” layihəsi  Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü Liseydə uğurla həyata keçirilib. Bağlanış tədbirində Layihə rəhbəri Təranə Zəkəriyyəyeva 5 ay davam edən layihədə mentorların şagirdlərin intellekt düşüncəsinə, dünya görüşünə uyğun hazırladıqları təlim paketi çərçivəsində şagirdlərə”fiziki və psixi inkişafı”, ” idrak proseslərinin inkişafı”, “ailədaxili münasibətlər və rollar” , “məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri”, […]