Browsing monthly archive

Fevral 2024

Mingəçevir Texniki Humanitar Liseyin (THL) şagirdləri VEX Robotics Azərbaycan Turniri 2024 -də respublika birinciləri olublar.

VEX Robotics Azərbaycan Turniri 2024 -də respublika birincisi Mingəçevir Texniki Humanitar Liseyinin şagirdləri olub. 24.02.2024-cü il tarixində H. Əliyev adına Müasir Təhsil Kompleksində VEX Robotics Azərbaycan 2024 ölkə çempionatının VEX – IQ CHALLENGE kateqoriyası üzrə növbəti turniri keçirilib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Təhsil Sektorunun nəznində fəaliyyət göstərən R. Muradov adına […]

BQXK AZƏRBAYCANDA

BQXK, münaqişənin təsirinə məruz qalmış icmaların üzləşdikləri çətinlikləri azaltmaq məqsədilə  1992-ci ildən etibarən regionda fəaliyyət göstərir. 2023-cü il ərzində silahlarla çirklənmə ilə bağlı maarifləndirmə işləri, münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması  istiqamətində aidiyyəti hakimiyyət orqanlarına dəstək, humanitar müdafiə və münaqişənin təsirinə  məruz qalmış icmaların dolanışığına dəstək göstərilməsi kimi fərqli fəaliyyətlər həyata keçirilib.  Müxtəlif […]

“Ətraf mühitin keşiyində”

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp” layihəsini həyata keçirir. Məqsəd ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərini və məsuliyyətini artırmaqdır. Layihə çərçivəsində 14-16 fevral 2024- cü ildə Beyləqan, Füzuli və  Tərtər rayonlarında  gənclərn iştirakı ilə ətraf mühit, yaşıl dünya […]

BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar

2024-cü ilin fevral ayının 20-də BMT-nin İnkişaf Proqramının nümayəndələri Mingəçevirdə olublar.  Onlar Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsünün icrası vəziyyətini izləyiblər. Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus olan və Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilən təşəbbüs nəticəsində ötən […]

“Öndərin izi”

“Öndərin izi” layihəsi çərçivəsində Mərkəzi Aran iqtisadi rayonuna daxil olan altı rayon və bir şəhərdə seçim turları keçirilib. Seçim turlarında hər rayon üzrə hər birində 5 nəfər olmaqla komandalar “Nə? Harada? Nə zaman?” formatı üzrə 24 sual ətrafında öz güclərini sınayıblar. Seçim turlarının nəticələrinə müvafiq olaraq, hər rayon üzrə ən yüksək nəticə qazanan bir, Mingəçevir […]

Media nümayəndələri Mərkəzi Aran Regional Təhsil İdarəsində nədən xəbər tutdular?

Fevralın 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsində bölgənin əhatə etdiyi media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, idarənin müvafiq əməkdaşları və müxtəlif media qurumlarının nümayəndələri iştirak edib. Təhsil İdarəsinin müdiri Elçin Kərimov Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı andan bu günə qədər görülmüş […]

Mərkəzi Aran Regional Təhsil İdarəsi MARTİ bir qrup media nümayəndələri ilə görüş keçirib

Fevralın 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsində bölgənin əhatə etdiyi media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, idarənin müvafiq əməkdaşları və müxtəlif media qurumunu təmsil edən jurnalistlər iştirak edib. Təhsil İdarəsinin müdiri Elçin Kərimov ilk olaraq Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı andan […]

”Ətirli daşların sehrində yaradıcılıq”

       Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsində  “Ətirli daşların sehrində yaradıcılıq” layihəsi “Təhsilalanların yaradıcılıq, həyati, sosial bacarıq və dəyərlərinin inkişaf etdirilməsi” nominasiyası üzrə iştirak edərək qalib olmuşdur. Layihənin rəhbəri Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar şəhər 1№li texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi İsmayılzadə Aynurə […]

“İnteqrasiyalı Kimya” tədbiri maraqlı anlarla yadda qaldı

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mərkəzi Aran Regional Təhsil İdarəsinin nəznində fəaliyyət göstərən Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada “İnteqrasiyalı Kimya” adlı tədbir keçirilib. Dövlət Himni ilə başlanılan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin proqramına uyğun olaraq gimnaziyanın kimya fənn müəllimi Sevgili […]

Mingəçevirdə səsverməyə gələnlərin ardı-arası kəsilmirdi

Qarlı və yağışlı qış günlərinin ardınca fevralın 7-də Mingəçevirdə günəşli hava hamını evindən küçəyə çıxmağa çağırırdı. Seçki məntəqələrini gəzdikcə yolboyu və məntəqələrin qarşısında qələbəlik hiss edirdik. İlk baş çəkdiyimiz Energetiklər qəsəbəsindəki Mədəniyyət Mərkəzində yerləşən 54 saylı Mingəçevir seçki dairəsinin 25 saylı məntəqəsinin önünə də onlarla insan toplaşmışdı. Biz onlardan birinə yaxınlaşdıq. Təqaüdçü Məzahir Məhyəddinov dedi […]