Browsing monthly archive

Yanvar 2024

Mingəçevirdə vergi yenilikləri ilə bağlı informasiya sessiyası keçirilib

30 Yanvar 2024-cü ildə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicilərinə xidmət şöbəsinin Baş Dövlət Vergi Müfəttişi (DVM) Asəf Abbasov və fond hesabı müfəttişi Cəlal Zeynalzadə Mingəçevir şəhrində fəaliyyət göstərən vergi ödəyiciləri və onların nümayəndələri ilə görüşüblər. 8 nəfərin qatıldığı görüşdə  vergi qanunvericiliyi və inzibatçılığına edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat verilib. Bildiyiilib […]

İH yanında İctimai Şura 2023-cü ilin hesabatını verdi

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 27 yanvar 2024-cü ildə növbəti iclası keçirilib. İclasda Şuranın 2023-cü ildəki fəaliyyəti barədə hesabat,  2024-cü il üçün Fəaliyyət Planı müzakirə olunub və qəbul edilib. Xüsusən şəhərdə sahibsiz küçə itlərinin saxlanması üçün sığınacağın inşası və orda xidmətin təşkili, yol hərəkəti qaydalarını uşaqlara öyrətmək üçün Dövlət Yol Polisi ilə məktəblərin […]

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın 2023-cü ildəki fəaliyyəti

23 yanvar 2023-cü ildə Şura üzvləri qarşısında 2022-ci ilin hesabatı verilib. 2023-cü ilin Fəaliyyət Planına uyğun olaraq, fevral ayında əhali ilə 2 görüş keçirilib. Şura üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166  saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu […]

“İnternat şagirdlərinin şəxsi İnkişaf və karyera planlaması” layihəsi uğurla yekunlaşdırılıb

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzə 7- ci qrant” müsabiqəsinin qalibi olan Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada həyata keçirilən “İnternat şagirdlərinin şəxsi İnkişaf və karyera planlaması” layihəsi uğurla yekunlaşdırılıb. Layihə çərçivəsində Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziya, Ağdaş rayonu M. Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və […]

Mingəçevirdə 21 işsiz gənc ana usta yanında peşə bacarıqları qazanmağa başlayıb

2024-cü ilin yanvar ayının 7-dən  “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə proqrama seçilən 21 işsiz gənc ana üçün Usta Yanında Şagird Hazırlığı (UYŞH) proqramına start verilib. Peşələr və ustalar qadınların peşə bacarıqları qazanmaq istədikləri ixtisaslara uyğun olaraq seçilib. Seçilmiş qadınlardan 8 nəfəri stilist-vizalist, 7 nəfəri dərzi, qalanları isə şirniyyat, dırnaqlara qulluq və kompüter istiqamətləri üzrə ustaların […]

“Yaxşıların Yaxşısı” layihəsi uğurla davam etdirilir

Son vaxtlar yeni­yetmələr​ arasında psixoloji problemlərlə bağlı intihar halları xeyli artıb: “Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından intihar halları artır. Həyata hazır olmayan yeniyetmə hər hansı bir problemlə qarşılaşdıqda, çətinliklə üzləşdikdə vəziyyətdən çıxış yolu tapa bilmir. Depressiyaya düşür, özünü vəziyyət qarşısında aciz, carəsiz hiss edir. Düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmədiyi üçün […]

IYA.AZ ictimaiyyətə təqdim olundu

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə yeni yaradılan IYA.AZ səhifəsinə ilkin baxış keçirilib. Mingəçevir Media Mərkəzində səhifəni  benefisiarlara,  media və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinə 2024-cü il yanvarın 5-də veb proqramçı Teymur Əzizov təqdim edib. O, deyib ki, bu resurs ilk növbədə təhsil və iş problemlərini həll etməyə çalışan əhalinin həsas təbəqəsinə xidmət üçün yaradılıb:    “Təşəbbüsün benefisiarları […]

Müasir şagirdə Müasir yanaşma layihəsi bir ilkə imza atıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi”nin qalib layihələrindən olan “Müasir şagirdə Müasir yanaşma” layihəsi uğurla davam etdirilir. Oğuz şəhəri Emin Abdullayev adına Texniki -Təbiət təmayüllü liseyin direktor müavini Təranə Zəkəriyyəyeva  rəhbəri olduğu layihə haqqında ictimaiyyətə məlumat verib. T. Zəkəriyyəyeva Layihənin əsasında dayanan məsələlərin uğurla həyata keçirildiyini […]

MVA-dan 2 köçkün icmasına kompüter dəsti

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Proqramı altında və “Ümid” SİD İB-nin sub qrantı ilə “Mingəçevir Valideynlər Assosiasiyası” İB-nin 2023-cü ilin may ayının 1-dən həyata keçirdiyi “Mingəçevir şəhərində Məcburi Köçkün İcmalarının Səfərbərliyi və bacarıqların artırılması” layihəsi artıq başa çatıb.  Ötən 8 ay ərzində İcma İnkişaf Şurası üzvlərinin və peşə təliminə cəlb edilən məcburi köçkün […]