Browsing monthly archive

Dekabr 2023

Mingəçevirdə işsiz gənc analara psixologiya dərsləri

2023-cü il dekabr ayının 7-dən 10-dək “Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə proqrama seçilən işsiz gənc analar üçün psixoloji mövzuda təlim keçirilir. 3 və 11 saylı orta məktəblərin valideynləri olan bu qadınlarla görüşün açılışında təlimçi-psixoloq Seymur Səfəralıyevlə birlikdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə nümayəndəsi Əlisa Fərəcov da iştirak edib. Ə.Fərəcov deyib: “Bu təlimlərin qadınlara qarşı hər cür zorakılığa son qoyulmasıyla bağlı 16 günlük kampaniya dövrünə təsadüf etməsi təqdirəlayiqdir. Ümid edirəm ki, bu təlimləri başa vurmuş şəxslər həm iqtisadi, həm də hüquqi baxımdan öz ayaqları üstdə durmağı bacaracaq və ətraflarındakı qadınları da buna həvəsləndirəcəklər”.
Təlimdə valideyn-övlad münasibəti, xüsusən uşaq və valideyn arasında münaqişədə valideynin rolu, valideyn öhdəliklərinin hüququ və psixoloji tərəfləri, övlada münasibətdə sərhədlərin müəyyən edilməsi, məhsuldarlığa mane olan əngəlllər və işə başlamaq çətinliyi barədə danışılıb və problemlərdən çıxış yolları göstərilib. Təlimçinin danışığı slaydlarla müşayiət olunub. Gün ərzində bir neçə dəfə qrup işi aparılıb, müzakirələrə geniş yer verilib. Təlimlərin əvvəlində və sonunda iştirakçıların bilikləri qiymətləndirilib.
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.

Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

2023-cü ilin dekabrın 4-də Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri MDU-nun tədris binalarında auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, yeməkxananı, kitabxananı və sanitar qovşaqları əhatə edib. Dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində […]

MDU Ukraynada beynəlxalq konfransda təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) 2023-cü ilin noyabrın 23-də Ukrayna Təhsil və Elm Nazirliyinin və Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (KNUTD) təşkilatçılığı ilə “Mexatronika sistemləri: innovasiyalar və mühəndislik” mövzusunda VII beynəlxalq elmi və praktiki konfransda təmsil olunub. Mexatronika sahəsində aktual mövzuları müzakirə etmək məqsədi daşıyan tədbirdə Azərbaycan daxil olmaqla dünyanın 7 ölkəsindən 200-ə yaxın iştirakçı […]

MDU, AzTU və Türkiyənin Qazi Universitetinin təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusunda konfrans keçirilib

2023-cü ilin 29 noyabr – 1 dekabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU), Türkiyənin Qazi Universiteti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunmuş “İnformasiya təhlükəsizliyi və kibermüdafiə: qlobal tendensiyalar və strategiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Onlayn formatda təşkil edilən konfransda hər üç […]

MDU kollektivi xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya kafedrasının bir qrup əməkdaşı Mingəçevir şəhər Uşaq Nevroloji Sanatoriyasında və Uşaq və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya və dəstəyə ehtiyacı olan uşaqları ziyarət ediblər. Ziyarət zamanı MDU əməkdaşları mərkəz və sanatoriyanın fəaliyyəti ilə yaxından tanış olub, uşaqlarla səmimi söhbət aparıb, onların müalicəsi, təlim və təbiyəsi ilə bağlı görülən […]

MDU-da “Elmi məqalələrin dərci üçün jurnal seçimi” mövzusunda seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi məqalələrin dərci üçün jurnal seçimi” adlı növbəti elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü iştirak edib. Universitetin Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev mövzu ilə bağlı təqdimatla çıxış edərək elmi məqalələrin dərci üçün jurnal seçimi zamanı diqqət yetirilməli məqamlardan […]

MDU-da maarifləndirici seminar: “Qeyri-formal məşğulluq və onunla mübarizə”

2023-cü il dekabrın 1-də Mingəçevri Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  “Qeyri-formal məşğulluq və onunla mübarizə” mövzusunda maarifəndirici seminar keçirilib. Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin Qeyri-formal məşğulluğa nəzarət şöbəsinin baş mütəxəssisi Mirsahib Eminov tərəfindən keçirilən seminarda MDU-nun bir qrup tələbə, magistrant və məzunu iştirak edib. Seminarda təqdimatla çıxış edən M.Eminov […]

MDU-da tələbələrin XVI elmi-praktik konrfransı keçirilib

2023-cü il noyabrın 28-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) XVI elmi-praktik konfransı keçirilib. Konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın açılışında çıxış edən MDU TEC-in sədri Günəş […]

MDU-da təlim: Tetahilinq nədir?

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tetahilinq nədir?” mövzusunda təlim keçirilib. MDU məzunu, şəxsi inkişaf üzrə mentor Rəminə Heydərova tərəfindən keçirilən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib. Təlimçi təqdimatla çıxış edərək şüuraltı terapiya üsulu olan tetahilinqin mahiyyətindən, şəxsi inkişafda, uğurlarda, motivasiyada və yaşam keyfiyyətinin artırılmasında bu metodun […]

ENGAGE layihəsi çərçivəsində MDU-da növbəti görüşlər keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və səfərlərə dair növbəti görüşlər keçirilib. Görüşlərdə layihə ilə əlaqədar İspaniyanın Kataloniya Politexnik Universiteti, Portuqaliyanın Lissabon Universiteti və Estoniyanın Tallin Texnologiya Universitetində təlim səfərlərində olmuş MDU əməkdaşları – Üzeyir Zeynalov, Mehdi Rəhimov, Samirə […]