Browsing daily archive

Dekabr 5, 2023

MDU-da təlim: Tetahilinq nədir?

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tetahilinq nədir?” mövzusunda təlim keçirilib. MDU məzunu, şəxsi inkişaf üzrə mentor Rəminə Heydərova tərəfindən keçirilən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib. Təlimçi təqdimatla çıxış edərək şüuraltı terapiya üsulu olan tetahilinqin mahiyyətindən, şəxsi inkişafda, uğurlarda, motivasiyada və yaşam keyfiyyətinin artırılmasında bu metodun […]

ENGAGE layihəsi çərçivəsində MDU-da növbəti görüşlər keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsil sistemində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər və səfərlərə dair növbəti görüşlər keçirilib. Görüşlərdə layihə ilə əlaqədar İspaniyanın Kataloniya Politexnik Universiteti, Portuqaliyanın Lissabon Universiteti və Estoniyanın Tallin Texnologiya Universitetində təlim səfərlərində olmuş MDU əməkdaşları – Üzeyir Zeynalov, Mehdi Rəhimov, Samirə […]

MDU-da “Heydər Əliyev İli” çərçivəsində bilik yarışı keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) intellektual oyunlar klubunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Quiz” formatlı bilik yarışı keçirilib. Yarışda MDU-nun 100-dən artıq tələbəsinin iştirakı ilə 21 komanda mübarizə aparıb. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən yarışda Ulu Öndərin həyat və fəaliyyəti, 44 günlük Vətən müharibəsi, Mingəçevir şəhəri, ədəbiyyat ilə bağlı, eləcə […]

MDU kollektivi GEOCLIC layihəsi çərçivəsində növbəti ekskursiyada olub

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə ekskursiya ediblər. Ekskursiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of […]

MDU-da “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə təşkil edilib

Mingəçevir Dövlət Universitetində (MDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə “Uğurlu innovativ biznes” mövzusunda panel müzakirə keçirilib. Panelistlər – startap üzrə ekspert Vüsal Kərimli, “Metafluence” platformasının həmtəsisçisi Elşad Yusifli, “NS Studi”nin təsisçisi Nail Seyidov və frilans UX/UI dizayner Ülvin Ömərov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda şəxsi təcrübələrə əsaslanaraq uğurlu […]