Mingəçevirdə “Sabahın alimləri” XIII Respublika müsabiqəsinə hazırlıqla bağlı görüş keçirilib
2023-cü il noyabrın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektoru ilə birlikdə “Sabahın alimləri” XIII Respublika müsabiqəsinə hazırlıqla bağlı görüş keçirilib. Görüşdə müsabiqədə iştirak etmək arzusunda olan Mingəçevir şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, onların müəllimləri və MDU-nun müvafiq alimləri iştirak ediblər. Elmi təfəkkürün inkişafı baxımından müsabiqənin […]