Browsing monthly archive

Oktyabr 2023

MDU-da “Tədqiqat metodları” mövzusunda seminar keçirilib

2023-cü ilin oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Tədqiqat metodları” mövzusunda seminar keçirilib. Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçer tərəfindən keçirilən seminarda magistrant, doktorant və gənc tədqiqatçılar iştirak ediblər. Seminarda elmi təqdiqatın aktuallığının əsaslandırılması, onun obyekt və predmetinin, məqsəd və vəzifələrinin, nəzəri-metodoloji […]

“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü: İş axtaranlar üçün imkan

2023-cü il noyabrın 1-dən Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində və Mingəçevir Valideynlər Assosiasiyasının təşəbbüsü üzrə Mingəçevir Resurs Mərkəzi aşağıdakı xidmətlər üzrə bacarıqları olan peşəkar işçilər tələb edir: 1.Layihə rəhbərinin köməkçisi Layihə boyunca əvvəldən axıradək tədbirlərin keçirilməsini təşkil etmək. Hədəf qrupunu (20 […]

“Öz fərqində Ol”- şəxsi inkişaf təşəbbüsü həyata keçirilir

Resource HUB-ın “İcmaların İnkişafı” proqramı çərçivəsində həyata keçirilən “Öz fərqində Ol” təşəbbüsünün ilk təlimi uğurla yekunlaşıb. Görüş zamanı layihəyəyə seçilmiş gənclər üçün təlimçi Taleh Həsənli tərəfindən “Özünü tanıma və məqsədlərin müəyyən edilməsi” mövzusunda  təlim keçirilib. Təlim zamanı özünü tanımanın vacibliyi, texnikalar və alətlər haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Təşəbbüs Mingəçevir Dövlət Universiteti, Mingəçevir Gənclər […]

Daşqın zamanı necə hərəkət etməli?

Daşqın və su basması – quru ərazinin müəyyən hissəsinin təbii qüvvənin hərəkəti nəticəsində su altında qalmasıdır. O əsasən üç səbəbdən əmələ gəlir. Birincisi – güclü yağışların yağması və qarın intensiv əriməsi; İkinci – çayların mənsəbində, dənizin sahillərində güclü küləyin su dalğalarını hərəkətə gətirməsi. Bu zaman külək çay ağzında suyun axınını ləngidir, nəticədə çayın səviyyəsi qalxır. […]

Sahil Parkının ərazisi 110 metr uzanacaq

2023-cü il oktyabrın 9-da Kür sahilindəki parkın genişləndirilməsiylə bağlı əraziyə baxış keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və təşkilat rəhbərləri körpünün altından keçən hissədə görülən işlərlə tanış olublar. Hazırda mövcud hissəyə tamet döşənir. Diqqətə çatdırılıb ki, işlər başa çatandan sonra Sahil Parkının ərazisi 110 metr uzanacaq. Məlum olub ki, yeni ərazidə vaxtilə nasos […]

MDU-nun tərəfdaşlıq etdiyi Erasmus+ layihəsi çərçivəsində uğurlu sahibkarlarla görüşlər davam edir

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs İnternational Network- VEHUB4YOU)” Erasmus+ layihəsi çərçivəsində uğurlu sahibkarlarla keçirilən “Biznes çərşənbəsi” (Business Wednesday) adlı görüşlər davam edir. Onlayn formatda təşkil edilən görüşün növbəti qonağı “Zəfəroğlu İnşaat” şirkətinin təsisçisi, “Gəncə İş Adamları İctimai Birliyi”nin sədri və Gəncə şəhər İcra Hakimiyyəti […]

MDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

2023-cü ilin oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 5 Oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman […]

Müəllimlər Gününə musiqi töhfəsi

Oktyabrın 5-də Mingəçevirdə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olunub.  Tədbirə məktəbin təqaüdçüləri və başqa musiqi məktəblərinin müəllimləri dəvət olunublar. Vətən Müharibəsində şəhid olanların ruhu anılıb. Həmçinin gənc nəslin musiqi təhsili və tərbiyəsində əməyini əsirgəmədən çalışmış və dünyasını dəyişmiş müəllimlər xatırlanıb. Şagirdlər təbriklərini Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa […]

Mingəçevirdə bir qrup müəllim və əmək veteranı mükafatlandırıldı

Oktyabrın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Beynəlxalq Müəllimlər günü ilə əlaqədar təhsil işçilərini qəbul edib. Müəllimlərin cəmiyyətin inkişafında roluna diqqəti çəkən başçı onların sosial rifahının gücləndirilməsi, məktəblərin təmir olunması və yenilərinin tikilməsi ilə bağlı görülən işlərdən də danışıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin sektor müdiri Sevinc Həsənova, 20 saylı məktəbin tarix müəllimi […]

Köçkünlərin fikrincə, etibarlı sülh olsa, birgəyaşayış mümkündür

30 il ərzində erməni vandalizminin törətdiyi cinayətlər nəticəsində dağılmış yurd yerlərimiz son üç ildə “Böyük Qayıdış” proqramı üzrə yenidən qurulur. Ölkə başçısının təsdiq etdiyi Nizamnaməyə müvafiq olaraq, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ağıllı kəndlərin və şəhərlərin, eləcə də hava limanlarının inşasını sürətlə davam etdirir. Təbii ki, böyük infrastruktur layihələrinin həyata keçirilməsi qayıdış […]