Browsing monthly archive

Oktyabr 2023

“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant” müsabiqəsinin qalibi olan layihənin Xaldan kənd kompleks tam orta məktəbində açılış mərasimi keçirilib

26 oktyabr 2023-cü il tarixində Məktəbdə təhsilalan, təhsilverən və valideyin əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili adlı layihənin açılış tədbiri keçirilib. Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadə tədbir iştirakçılarını salamlayaraq ilk öncə məktəb haqqında ətraflı məlumat verib.  1975-ci ildən Xaldan kənd orta məktəbində istixananın fəaliyyət göstərdiyini, şagirdlərin burada tərəvəz […]

MDU Bişkekdə beynəlxalq konfransın plenar iclasında təmsil olunub

2023-cü ilin oktyabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan “İqtisadi reallıqların yeni çağırışları” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Konfransa 10-dan artıq ölkənin alimləri və praktiki mütəxəssisləri qatılıblar. Konfransın plenar iclasında MDU-nun rektoru Ş.Bayramov “Davamlı iqtisadi inkişaf: əsas konsepsiya, qiymətləndirmə metodları və […]

MDU əməkdaşlıq etdiyi Qırğız İqtisad Universitetinin yubiley mərasimində təmsil olunub

2023-cü ilin oktyabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin (KEU) 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə iştirak edib. Yubiley tədbirinə Qırğız Respublikasının Baş nazirinin müavini, Qırğız Respublikasının təhsil və elm naziri, dövlət rəsmiləri, yerli və xarici universitetlərin rektorları və digər qonaqlar qatılıblar. MDU-nun rektoru Ş.Bayramov yubiley […]

MDU-da təlim: CV hazırlanması və uğurlu müsahibənin yolları

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “CV hazırlanması və uğurlu müsahibənin yolları” mövzusunda təlim keçirilib. KİM-in əməkdaşı Razim Qurbanov tərəfindən keçirilən təlimdə MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib. Təlim zamanı CV-nin hazırlanması, iş axtarışı və müsahibə zamanı diqqət edilməli məqamlar, hədəflərin düzgün seçilməsi, özünüinkişaf və karyera yüksəlişi barədə […]

Bir aydan çox müddəti əhatə edən “Öz fərqində Ol” layihəsi işini uğurla tamamladı

Layihənin əsas məqsədi Mingəçevir Dövlət Univesitetinin birinci kurs tələbələrinin yumuşaq bacarıqlarının artırılması və özünü tanıma prosesində dəstək göstərməkdir. Bu müddət ərzində həftədə 1 dəfə olmaqla 4 əyani təlim və onlayn mentor görüşləri həyata keçirilib. Peşəkar təlimçi və mentorların dəstəyilə müsahibə əsasında seçilmiş 25 gənclə hərtərəfli çalışıb, onların inkişafına töhvə verməyi qarşıya məqsəd qoyan layihə öz […]

MDU magistrantı Türkmənistanda beynəlxalq elmi müsabiqədə uğur qazanıb

Mingəçevir Dövlət Universitetinin (MDU) magistrantı Murad Baxşəliyev Türkmənistanda “Yüksək texnologiyalar və innovativ layihələr” (High Technologies and Innovative Projections) adlı gənclər arasında beynəlxalq elmi yarışmada iştirak edib. Müsabiqə bu ilin mart ayında Türkmənistanın Elmlər Akademiyası, Təhsil Nazirliyi və Məhtimqulu adına Gənclər Təşkilatının Mərkəzi Şurası tərəfindən elan edilib. Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, Qazaxıstan, Çin, Malayziya, Tacikistan, Türkmənistan, […]

Mingəçevir şəhərinin 75 illiyi münasibətilə MDU-da silsilə görüşlər keçirilib

2023-cü ilin 14, 17 və 18 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş “Nur şəhəri-75” adlı silsilə görüşlər keçirilib. Tələbələrlə görüşə Mingəçevir şəhərinin qurucu ziyalılarından biri olan, şəhər Veteranlar Şurasının sədri, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Tahir Məmmədov dəvət edilib. Görüşlərdə Mingəçevir şəhərinin salınması, keçdiyi tarixi inkişaf yolu, hazırda […]

“Bir Könüllü” Təşkilatı MDU-da məlumatlandırıcı görüş keçirib

2023-cü ilin oktyabrın 19-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin nümayəndələri Mingəçevir Dövlət Universitetində (MDU) tələbə və magistrantlarla məlumatlandırıcı görüş keçiriblər. Görüşdə tədbir iştirakçılarını salamlayan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tələbələrin hərtərəfli inkişafında könüllülük fəaliyyətlərinin əhəmiyyətli rolundan danışıb. Bildirib ki, MDU-da könüllülük fəaliyyətlərinə xüsusi önəm verilir. “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin […]

“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində MDU-da görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində tələbə və magistrantlarla görüş keçirilib. Görüşdə tədbir iştirakçılarını salamlayan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsində layihənin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, layihənin region universitetlərini əhatə etməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Macarıstanın Azərbaycandakı səfirliyinin […]