Browsing daily archive

Oktyabr 14, 2023

Mingəçevir Dövlət Universiteti Türkiyədə keçirilən beynəlxalq konqresdə tərəfdaş olub

2023-cü ilin 5-7 oktyabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) Konyada Beyşehirdə Səlcuq Universiteti Beyşehir Ali Akkanat Turizm fakültəsinin təşkilatçılığı və evsahibliyi ilə keçirilmiş I Beynəlxalq Göl Turizmi və Turizmdə Mövcud Trendlər Konqresinə (1st Internatıonal Lake Tourism And Current Trends In Tourism Congress – ILTC 2023) tərəfdaşlıq edib. Turizm sahəsində tanınmış adları, nüfuzlu alimləri, peşəkarları və […]

MDU alimlərinin məqalələri nüfuzlu elmi jurnalda dərc edilib

Mühəndisliyin Texniki və Fiziki Problemləri Beynəlxalq Təşkilatının (IOTPE) “Technical and Physical Problems of Engineering” adlı beynəlxalq jurnalının 2023-cü il tarixli 15-ci cild, 2-ci buraxılışında Mingəçevir Dövlət Universitetinin (MDU) 2 aliminin məqalələri dərc olunub. Scopus elmimetrik bazasında Q3 kvartili üzrə indeksləndirilən sözügedən beynəlxalq nüfuzlu elmi jurnalda MDU-nun Enenrgetika kafedrasının müəllimlərindən t.ü.f.d. Səadət Şıxəliyevanın “Elektrik ötürücü xətlərində […]

MDU-da dövlət qurumunda karyera imkanları ilə bağlı görüş keçirilib

2023-cü il oktyabrın 12-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin məsul əməkdaşları Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Rəhbər heyəti arasında ikitərəfli əməkdaşlığın potensial istiqamətləri və perspektivləri barədə müzakirələrdən sonra universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və məzunlarının  iştirakı ilə […]

“Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində “Azərbayacan dəyər günləri”

Forum oktyabrın 10-13-də keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbiri çərçivəsində baş tutub. “Azərbaycan dəyər günləri” tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır. Forumda dövlət, özəl, bank və digər sektorların nümayəndələri iştirak ediblər. Forumun əsas mövzuları sosial sahibkarlıq, sosial […]

“İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” Layihəsinin açılış mərasimi keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə  İnkişaf və İnnovasiyalar üzrə VII qrant” müsabiqəsinin qalibi olan məktəb layihəsinin açılış mərasimi həyata keçirilib. Layihə rəhbəri İnteqrasiya Təlimli, İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova tədbir iştirakçılarını salamlayıb. Layihənin mahiyəti haqqında ətraflı məlumat verib. “İnternat şagirdlərinin Şəxsi İnkişaf və Karyera Planlaması” düşərgəsinin 3 gecə 4 gün müddətində, 2023-cü […]