MDU-da “Tədqiqat metodları” mövzusunda seminar keçirilib
2023-cü ilin oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Tədqiqat metodları” mövzusunda seminar keçirilib. Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçer tərəfindən keçirilən seminarda magistrant, doktorant və gənc tədqiqatçılar iştirak ediblər. Seminarda elmi təqdiqatın aktuallığının əsaslandırılması, onun obyekt və predmetinin, məqsəd və vəzifələrinin, nəzəri-metodoloji […]