MDU-da 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə hesabat verilib
2023-cü il iyulun 21-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə geniş hesabat təqdim edilib. Hesabat tədbirində MDU İctimai Nəzarət Şurasının üzvləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, orta məktəb direktorları, universitetin tərəfdaşlıq etdiyi dövlət və özəl qurumların rəhbər şəxsləri, gənclər təşkilatları və QHT-lərin nümayəndələri, media işçiləri və Mingəçevir şəhər ictimaiyyətinin […]