Browsing monthly archive

İyun 2023

MDU Ukraynada beynəlxalq müsabiqədə uğurla təmsil olunub

Ukrayna Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və UNESCO üzrə Ukrayna Milli Komissiyasının himayəsi ilə Mixaylo Ostroqradski adına Kremençuq Milli Universitetinin bazasında keçirilən “Sahibkarlıq, ticarət və birja fəaliyyəti” ixtisası üzrə Beynəlxalq Tələbə Elmi İşi Müsabiqəsinə yekun vurulub. Müsabiqəyə 15 ölkəni (Ukrayna, Azərbaycan, Gürcüstan, İtaliya, Polşa, Bolqarıstan, İsveçrə, ABŞ, Çexiya, Böyük Britaniya, Çin, Slovakiya, Latviya, Litva və […]

Mingəçevirdə 3 çoxmənzilli bina “Merlərin razılaşması”ndan faydalanacaq

Xəbər verdiyimiz kimi, Mingəçevir Bələdiyyəsi Avropa İttifaqı ilə Azərbaycanın Tərəfdaşlıq və Əməkdaşlığı çırçivəsində İqlim dəyişmələrinə adaptasiya planları tərkibində “Merlərin  Razılaşması” sazişinə qoşulub və bu haqda Aİ-nin müvafiq qurumları ilə 16 iyun 2017–ci ildə  sənəd imzalayıb. Bu sənədə əsasən Avropa İttifaqı saziş iştirakçılarını enerji effektivliyi, resurslardan səmərəli istifadə, alternativ enerji sahəsində yeni texnologiyalarla təmin etməyi, Avropanın […]

MDU-da qiyabi formada tədrisin gedişatı izlənilib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində qiyabi formada təhsil alan tələbələrin dərslərinin gedişatını izləyib. Tələbələrin dərs mühiti ilə tanış olan Ş.Bayramov universitetdə istər əyani, istərsə də qiyabi formada təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsinin diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb. Rektor tələbələrin sual və təkliflərinə münasibət bildirib və onlara uğurlar arzulayıb. Tələbələr göstərilən […]

Mingəçevir Dövlət Universitetində imtahan prosesi müşahidə edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində təşkil edilən imtahan prosesini izləyib. Müşahidələr zamanı imtahanların mövcud qaydalara uyğun təşkili, imtahanlarda obyektivliyin və şəffaflığın təmin edilməsi, biliklərin qiymətləndirilməsi və daxil olan müraciətlərin operativ cavablandırılması məsələlərinə diqqət yetirilib, imtahanların gedişatı ilə bağlı müəllim və tələbələrin fikirləri öyrənilib. Qeyd edək […]

MDU-da “TİPx: Mingəçevir” konfransı keçirilib

2023-cü il mayın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması (TİP)” layihəsi çərçivəsində “TİPx: Mingəçevir” konfransı keçirilib. Konfransda MDU-nun gənc əməkdaşları, tələbələri, magistrantları və məzunları, eləcə də Mingəçevir şəhəri və ətraf rayonlarda yaşayan və təhsil alan bir qrup gənc […]

MDU-da təlim: “Qiymətləndirmə prosesinin aparılması”

2023-cü il iyunun 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) Tədris şöbəsinin təşkilatçılığı ilə “Qiymətləndirmə prosesinin aparılması” mövzusunda təlim keçirilib. Gənc müəllimlərə metodiki dəstək məqsədilə keçirilən təlimdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü iştirak edib. Təlimdə giriş sözü ilə çıxış edən MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov qeyd edib ki, qiymətləndirmə prosesi təhsildə müsbət keyfiyyət dəyişikliklərinin həyata […]

Mingəçevirdə “Heydər Əliyev İli” çərçivəsində tədbir: STEAM layihəsi və rəqəmsal bacarıqların inkişafı

2023-cü il mayın 30-da Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “STEAM layihəsi və rəqəmsal bacarıqların inkişafı” mövzusunda tədbir keçirilib. Mingəçevir şəhər 9 saylı tam orta məktəbin ev sahibliyi ilə keçirilən tədbirdə şəhərin bir sıra ümumi təhsil müəssisələrinin müəllim və şagird kollektivi üzvləri, universitetin […]

MDU-da seminar: “Urbanizasiya və şəhər planlaşdırmasının əsas prinsipləri”

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Urbanizasiya və şəhər planlaşdırmasının əsas prinsipləri” mövzusunda seminar keçirilib. Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin baş mütəxəssisi İsmayıl Kərimov tərəfindən keçirilən seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib. Seminarda şəhərlərin formalaşma mərhələləri, müasir urbanizasiya proseslərinin əsas xüsusiyyətləri və […]

MDU-da sağlam yaşam tərzinin təbliği ilə bağlı tədbirlər keçirilir

Mingəçevir Dövlət Universitetində (MDU) sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 22 iyul tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2023-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na uyğun olaraq MDU-da təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində təhsilverənlər və təhsilalanlar arasında sağlam həyat tərzinin, idmanın insan həyatındakı rolu ilə bağlı maarifləndirici […]

MDU Lüksemburq Universiteti ilə əməkdaşlığını davam etdirir

2023-cü ilin iyunun 1-də Mingəçevir Dövlət Universitetində (MDU) tərəfdaş Lüksemburq Universitetinin doktorant məzunu Nicat Hacıxanovun təqdimatında “Müasir tədqiqat metodları və elmi məqalələrin yazılması mexanizmləri” mövzusunda seminar keçirilib. Erasmus+ mübadilə proqramı çərçivəsində baş tutan seminarda universitetin akademik və inzibati heyət üzvləri iştirak ediblər. Seminar iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov Lüksemburq Universiteti ilə qurulan əməkdaşlığın önəmindən […]