MDU əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər
2023-ci ilin iyunun 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Qurban bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər. […]