İcra başçısının müavini “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub
2023-cü il iyun ayının 23-də Mingəçevirdə Dövlət qulluqçuları peşə bayramını qeyd ediblər. Onlar Heydər Əliyevin abidəsinin ziyarət etdikdən sonra şəhər İcra Hakimiyyətinin konfrans zalına toplaşıblar. İH başçısı İlham İsmayılov dövlət qulluqçularının üzərinə düşən məsuliyyətdən danışıb, prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan İHB-nın Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovanı təbrik edib. […]