Yevlax məktəbində seminar: “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə”
Mərkəzi Aran Regional Təhsil idarəsi (RTİ) və Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Riyaziyyat fənninin tədrisində innovativ təlim metodlarından istifadə” mövzusunda seminar keçirilib. Yevlax rayon 1 nömrəli tam orta məktəbin ev sahibliyi ilə keçirilən seminarda həmin rayonun təhsil sektorunun nümayəndələri, ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdləri və MDU-nun professor-müəllim heyəti üzvləri iştirak […]