Browsing monthly archive

İyun 2023

Mingəçevirdə 600 nəfərə qurban payı verilib

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimaiyyət nümayəndələri ilə görüşdə Qurban Bayramı münasibətilə mingəçevirliləri təbrik edib. 28 iyun 2023-cü ildə qurbankəsmə mərasimi zamanı başçı 600 Qarabağ qazisi, şəhid ailəsi və imkansız şəxs üçün qurban payı verildiyini açıqlayıb. İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş plan əsasında bu il üçün 500 nəfərə qurban payını verməyi yerli bələdiyyə […]

MDU əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2023-ci ilin iyunun 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Qurban bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər. […]

Əməkdar elm xadimi Şahlar Əsgərovun təqdimatında MDU-da seminar keçirilib

2023-cü ilin iyunun 24-də Mingəçevir Dövlət Universitetində (MDU) professor, əməkdar elm xadimi Şahlar Əsgərovun təqdimatında seminar keçirilib. “Biliyin qiymətləndirilməsi” və “Tərəqqinin fəlsəfəsi” mövzularına həsr olunan seminarda MDU-nun bir qrup professor-müəllim heyəti üzvü iştirak edib. Seminar iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov seçilmiş mövzuların müasir dövr üçün aktuallığını vurğulayıb və universitet əməkdaşları adından qonağa minnətdarlığını ifadə […]

MDU-da növbəti “Açıq qapı” günü keçirilib

2023-cü ilin iyunun 24-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. Hibrid formatda təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər. Görüş iştirakçılarını salamlayan rektor hazırda davam […]

MDU-nun İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

2023-cü ilin iyunun 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri cari ilin yaz semestrinin imtahan sessiyası çərçivəsində imtahan prosesini müşahidə ediblər. MDU-nun həyatında fəal iştiraka və göstərilən davamlı dəstəyə görə İNŞ üzvlərinə təşəkkürünü bildirən rektor Şahin Bayramov universitetdə cari imtahan sessiyasının təşkili və gedişatı barədə ətraflı məlumat verib. Sonra rektor imtahanlarda şəffaflığın […]

Elmi konfrans və simpoziumların tələbləri barədə seminar keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Elmi konfrans və simpoziumlarda məqalə və tezislərə qoyulan tələblər” mövzusunda elmi-praktik seminar keçirilib. Şöbə müdiri, dosent Vüqar Mustafayevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup professor və müəllim heyəti üzvü iştirak edib. Seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl […]

MDU-da “Heydər Əliyev xatirələrdə” layihəsi çərçivəsində növbəti görüş keçirilib

2023-cü il iyunun 23-də Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev ili” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı növbəti görüş keçirilib. Görüşün qonağı professor, əməkdar elm xadimi, “Şöhrət” ordenli “91-lər” dən biri Şahlar Əsgərov olub. Görüşdə Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin direktorları, media nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və […]

İcra başçısının müavini “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

2023-cü il iyun ayının 23-də Mingəçevirdə Dövlət qulluqçuları peşə bayramını qeyd ediblər. Onlar Heydər Əliyevin abidəsinin ziyarət etdikdən sonra şəhər İcra Hakimiyyətinin konfrans zalına toplaşıblar. İH başçısı İlham İsmayılov dövlət qulluqçularının üzərinə düşən məsuliyyətdən danışıb, prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan İHB-nın Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovanı təbrik edib. […]

Ankarada elmi konfrans: “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq”

2023-cü ilin iyunun 20-də Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda elmi konfrans keçirilib. AHBVU-nun ev sahibliyi ilə baş tutan konfransda Səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin […]

Ankarada elmi konfrans: “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı”

2023-cü ilin iyunun 19-da Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyənin Qazi Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda elmi konfrans keçirilib. Qazi Universiteti rektorluğunun Mimar Kemaleddin Salonunda baş tutan konfransda Səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, […]