Browsing monthly archive

May 2023

Azərbaycan musiqisinin inkişaf strategiyasında Heydər Əliyev irsi

      “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”. Bu sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Ulu Öndər istər keçmiş sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən milli mədəniyyətimiz, musiqimiz xüsusi diqqət və qayğı […]

˝Vətəndaş Cəmiyyətində Debat˝ İctimai Birliyi tərəfindən MDU-da məlumatlandırıcı görüş keçirilib

2023-cü ilin mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝Vətəndaş Cəmiyyətində Debat˝ İctimai Birliyinin (DVC) fəaliyyəti ilə bağlı məlumatlandırıcı görüş keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzində (KİM) keçirilən görüşdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib. Görüş iştirakçılarını salamlayan MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov sosial fəaliyyətlərdə fəal iştirakın gənclərin […]

MDU-da mühazirə: “Heydər Əliyev: Əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı”

2023-cü il mayın 8-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝Heydər Əliyev İli˝ çərçivəsində “Heydər Əliyev: əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı” mövzusunda mühazirə keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən mühazirədə universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, […]

MDU ilə Lüksemburq Universiteti arasında əməkdaşlıq inkişaf edir

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin tərəfdaşlıq etdiyi Lüksemburq Universitetində olub. Ziyarət zamanı rektor Ş.Bayramov Lüksemburq Universitetinin tədris işləri üzrə prorektoru Catherine Léglu ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlığın potensial inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb və perspektiv birgə fəaliyyətlərlə bağlı müvafiq təkliflər diqqətə çatdırılıb. Sonra Ş.Bayramov beynəlxalq əlaqələr […]

Generalların and yeri

Bu günlərdə minlərlə insanın yolu fəxri xiyabana doğru uzanır. Bu adamlar yubileylərinin 100 illiyi tamam olacaq Ümummilli Lider Heydər Əliyevin və həyatının bütün çətin məqamlarında onunla sınaqlardan çıxmış akademik Zərifə xanım Əliyevanın xatirələrinə bir daha ehtiramlarını bildirirlər. Ehtiyatda olan general-mayor  Novruzəli Orucov və Natiq Əliyevin də bu ziyarətgahlar and yeridir. Hərbçilərimiz hələ sovet dönəmindən bəri […]

Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın şagirdləri “Azərbaycan İES”-ə ekskursiya ediblər

8 may tarixində Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın bir qrup müəllim və şagird heyəti Azərbaycan İstilik Elektrik Stansiyası (İES) Baş İdarəetmə Mərkəzinə ekskursiya ediblər. Gimnaziyanın direktoru Pərvanə Tahirova tərəfindən MI.NEWS.AZ saytına verilən məlumata əsasən eksursiya zamanı Gimnaziyanın bir qrup kollektivi “Azərbaycan İES”-in istehsalat sahəsi, kimya sexi və laboratoriyası ilə yaxından tanış olub, laboratoriya […]

“Gənclər ailə dəyərlərinin keşiyində” layihəsi uğurla həyata keçirilib

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclər üçün erkən və məcburi evlilik, onun fəsadları, bu halların səbəbləri və ona qarşı mübarizə yollarının öyrədilməsi üçün təlimlər keçilib. “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində yaşayan təxminən 200 nəfərə yaxın […]

“Dastana dönən qəhrəmanlar” layihəsini uğurla yekunlaşdı

 Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi olmuş «Dastana dönən qəhrəmanlar» layihəsinin bağlanış mərasimi keçirilib.Baglanis mərasimini layihə rəhbəri Arzu Əzizova açdı . Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra söz məktəbin direktoru […]

“Prezident Kuboku 2023” beynəlxalq reqatasına 20-dək ölkədən akademik, kayak və kanoe üzrə 100-dək idmançı qatıldı

Mayın 3-də Mingəçevirin Heydər Əliyev prospektində nəzərdə tutulan parad hava şəraiti ilə əlaqədar mayın 4-nə keçirildi. Azərbaycan, Türkiyə, İspaniya, Polşa, Özbəkistan, Ukrayna, Şimali Makedoniya, Latviya, Bolqarıstan, Rumıniya, Gürcüstan və digər ölkələri təmsil edən idmançılar hərbi orkestrın müşayəti altında milli bayraqları ilə prospekt boyu hərəkət etdilər. Azərbaycan gəncləri milli bayrağımızla Qarabağ atlarında dövrə vurdular.Paradda  həm də “Qarabağ […]

Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Mayın 5-də Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert təşkil olunub.  Qonaqların arasında İcra Hakimiyyəti və  YAP Mingəçevir şəhər təşkilatının nümayəndələri, məktəb direktorları, MDDT-nın əməkdaşları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məktəbin şagirdlərinin ifasında səslənən Azərbaycan Dövlət himnindən sonra tədbirin aparıcısı Zeynəb Həmidova […]