Browsing monthly archive

May 2023

MDU-da elmi-praktik seminar: “Təbiət elmlərinin həyatımızda rolu”

2023-cü il mayın 15-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçlığı ilə “Təbiət elmlərinin həyatımızda rolu” mövzusunda tələbələrin elmi-praktik seminarı keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib. Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdir əvəzi Təranə […]

MDU-da tədqiqat bacarıqlarının inkişafı ilə bağlı seminarlar davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçlığı ilə bu ali təhsil müəssisəsinin professor-müəllim heyəti üçün növbəti elmi-praktik seminarlar keçirilib. 2023-cü ilin mayın 11-də MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev “Plagiatçılıq və onunla mübarizə”, mayın 12-də isə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq alimi Sinan Toklu “Elmi məqalənin yazılması: Türkiyə universitetlərinin təcrübəsi” […]

MDU-da “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib

2023-cü il mayın 12-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan olimpiadanın ilkin mərhələsində tələbələr vergilər sahəsində öz bilik və bacarıqlarını sınayıblar. Diqqətə çatdırılıb ki, olimpiada, […]

Türkiyə və Azərbaycan universitetləri Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan birgə konfrans keçirib

2023-cü ilin 16-18 tarixlərində  Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Azərbaycan-Türkiyə əməkdaşlığı: İKT, energetika, loqistika və ekoloji mühit” mövzusunda  elmi-praktik konfrans keçirilib. ˝ZOOM˝ platforması üzərindən onlayn formatda keçirilən konfransda hər üç ali […]

Muzeylər Günü Mingəçevirdə

Mayın 18-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü qeyd olunub. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirə Tərtər, Yevlax, Bərdə və Mingəçevirin mədəniyyət işçiləri ilə yanaşı ictimaiyyət nümayəndələri də qatılıblar. Tədbirə toplaşanlar “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı foto sərgi ilə tanış olublar. Sonra isə onlar Azərbaycanın Əməkdar rəssamı Mübariz Əkbərovun […]

MDU-nun iştirak etdiyi növbəti Erasmus+ layihəsinin icrasına start verilib

2023-cü ilin mayın 15-də Azərbaycan Dövlət İqtisad Univesitetində (UNEC) Mingəçevir Dövlət Universitetinin (MDU) də tərəfdaşı olduğu “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” adlı Erasmus+ layihəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin […]

“Xarı Bülbül” orta məktəbləri gəzir

Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirləri davam edir.  Mayın 16-da məktəbin “Xarı Bülbül” xalq çalğı alətləri ansamblı  M.Hüseynzadə adına 3 saylı tam orta məktəbdə “Heydər Əliyev zəkasının işığında” adlı konsert proqramını  təqdim edib. Tədbirdə orta məktəbin müəllim və şagirdləri iştirak edib.  Azərbaycan Respublikasının […]

Uşaq İncəsənət məktəbində Heydər Əliyevin 100 illik yubileyinə konsert təşkil olunub

Mayın 5-də Mingəçevir Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert  təşkil olunub.  Tədbirdə ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan konsertdə məktəbin “Banu” rəqs  qrupu və  vokal qrupu, müəllim və şagirdləri fortepiano, qarmon, saz  və  tarda […]

Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına yeni dəstək

11 may 2023-cü il tarixində Mingəçevir şəhərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“Ümid” SİD İB) “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə […]

MDU-da “Heydər Əliyev İli” çərçivəsində ədəbi-bədii tədbir keçirilib

2023-cü ilin mayın 11-də Mingəçevir Dövlət Universitetində (MDU) ˝Heydər Əliyev İli˝ çərçivəsində ˝Heydar Aliyev – The Inspiration of Azerbaijani Youth (Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi)˝ adlı ədəbi–bədii tədbir keçirilib. Universitetin Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorundan və onun tabeliyində fəaliyyət göstərən ümumi […]