Browsing daily archive

May 26, 2023

Biçilmiş taxıl sahələrinin yandırılması meşələrimizin məhvinə gətirir

Kənd təsərrüfatında məsul bir dövrün – dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir. Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona […]

İtkin ailələrinə doğmalarının taleyi barədə cavab verilməsi üçün

May ayının 23 və 24-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası), Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu (AEAİ) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans  baş tutub. Dövlət Komissiyasının BQXK ilə […]

MDU-da Müstəqillik Gününə həsr olunan elmi konfrans keçirilib

2023-cü ilin mayın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində Müstəqillik Gününə həsr olunmuş “Heydər Əliyev və müstəqillik tariximizin şanlı və parlaq səhifəsi: 28 May” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər. Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman […]

MDU-da ictimai fəallığı ilə seçilən tələbə və magistrantlar mükafatlandırılıb

Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestri ərzində konfranslarda, bilik və idman yarışlarında, layihələrdə və digər müxtəlif formatlı tədbirlərdə fəal iştirak etmiş tələbə və magistrantların mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov universiteti müxtəlif istiqamətlərdə layiqincə təmsil etdiklərinə görə tələbə gənclərə minnətdarlığını ifadə edib və onların ictimai fəallığını müsbət qiymətləndirib. […]

“Leqoların müasir texnologiyalarda tətbiqi” adlı layihəsi uğurla icra olunub

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi, “Leqoların müasir texnologiyalarda tətbiqi” adlı layihəsi uğurla icra olunub. Layihənin əsas məqsədi layihənin mahiyyəti-şagirdlərin bilik və bacarıqlarını artırmaq, yaradıcı mühiti formalaşdırmaq və yeni texnologiyaları öyrətməkdir. Layihə şagirdlərə təkcə nəzəri biliklərə yox həm də elmi praktiki biliklərə nail olmasıdır . Çünki dünya elmi inkişaf etdikcə müasir texnologiya […]