Browsing daily archive

May 20, 2023

Mingəçevirdə “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

2023-cü il mayın 19-da Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. MDU-nun evsahibliyi ilə keçirilən seminarda Mingəçevir şəhərinin ümumi təhsil məktəblərinin direktorları və universitetin professor-müəllim heyəti üzvləri iştirak edib. Seminar iştirakçılarını salamlayan MDU-nun […]

MDU Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müsabiqə-festivalın yekun konsertində təmsil olunub

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində Mingəçevir Dövlət Universiteti (MDU) də təmsil olunub. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı […]

MDU-da elmi-praktik seminar: “Təbiət elmlərinin həyatımızda rolu”

2023-cü il mayın 15-də “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçlığı ilə “Təbiət elmlərinin həyatımızda rolu” mövzusunda tələbələrin elmi-praktik seminarı keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib. Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdir əvəzi Təranə […]

MDU-da tədqiqat bacarıqlarının inkişafı ilə bağlı seminarlar davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçlığı ilə bu ali təhsil müəssisəsinin professor-müəllim heyəti üçün növbəti elmi-praktik seminarlar keçirilib. 2023-cü ilin mayın 11-də MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev “Plagiatçılıq və onunla mübarizə”, mayın 12-də isə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq alimi Sinan Toklu “Elmi məqalənin yazılması: Türkiyə universitetlərinin təcrübəsi” […]

MDU-da “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib

2023-cü il mayın 12-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan olimpiadanın ilkin mərhələsində tələbələr vergilər sahəsində öz bilik və bacarıqlarını sınayıblar. Diqqətə çatdırılıb ki, olimpiada, […]

Türkiyə və Azərbaycan universitetləri Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan birgə konfrans keçirib

2023-cü ilin 16-18 tarixlərində  Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Azərbaycan-Türkiyə əməkdaşlığı: İKT, energetika, loqistika və ekoloji mühit” mövzusunda  elmi-praktik konfrans keçirilib. ˝ZOOM˝ platforması üzərindən onlayn formatda keçirilən konfransda hər üç ali […]