Browsing daily archive

May 3, 2023

MDU Elmi Şurasının növbəti iclası keçirilib

2023-cü il mayın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İclasda MDU-nun Təhsil fakültəsinin fəaliyyəti, dövlət imtahanı və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti, universitetdə elm və innovasiya fəaliyyəti haqqında hesabatlar dinlənilib. Təqdim edilən hesabatlar üzrə müzakirələr aparıldıqdan sonra müvafiq […]

MDU Rumıniyada beynəlxalq həftədə təmsil olunub

2023-cü ilin 24-28 aprel tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) Rumıniyanın Transilvania Braşov Universitetində keçirilən “Ali təhsildə və Erasmus+ mobilliklərində rəqəmsal texnologiyaların və onlayn tədrisin inteqrasiyası” adlı beynəlxalq həftədə təmsil olunub. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ layihəsi çərçivəsində təşkil olunan və dünyanın fərqli ölkələrinin universitetlərindən 75 akademik və inzibati heyət üzvünün qatıldığı beynəlxalq həftədə MDU-dan bu […]

MDU-da “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin təşəbbüsü ilə həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində mentorluq proqramında iştirak etmiş Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları 2-ci “Tusi (2C)” inkubasiya proqramı çərçivəsində təlimlərə başlayıblar. İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf […]

MDU-da “İKT-də Qızlar” beynəlxalq gününə həsr olunan dəyirmi masa keçirilib

2023-cü il aprelin 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “İKT-də Qızlar” beynəlxalq gününə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masada MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib. Tədbirdə giriş sözü ilə çıxış edən KİM-in mütəxəssisi İlhamə Məmmədova qeyd edib ki, hər il aprelin dördüncü həftəsinin dördüncü gününün […]

MDU komandası voleybol üzrə şəhər çempionatının qalibi olub

2023-cü ilin 27-28 aprel tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybol üzrə qızlar arasında şəhər çempionatı keçirilib. ˝Heydər Əliyev İli˝ çərçivəsində keçirilən idman yarışı şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi işinə töhfə məqsədi daşıyıb. Çempionatda MDU, Mingəçevir […]