Browsing monthly archive

Aprel 2023

Azərbaycan dili 1978-ci ildə Dövlət dili kimi qəbul olundu

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini […]

Başçı məmurlardan şəffaf olmalarını tələb etdi

Aprelin 25-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Şuranın növbəti iclasına ictimaiyyət nümayəndələri də dəvət edilib. İH başçısı İlham İsmayılovun dediklərindən məlum olub ki, bütün dövlət qurumları KİV, sosial şəbəkələr və İctimai Nəzarət Şurası ilə əməkdaşlıq şəraitində çalışmalıdırlar:   “Baxmayaraq ki, İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar şəhərdə davamlı abadlıq-quruculuq işləri aparır, amma bununla bağlı əhalinin maarifləndirilməsi […]

Mingəçevir Dövlət Universiteti Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əməkdaşlığını inkişaf etdirir

Aprelin 20-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) arasında 2023-cü il üzrə birgə Tədbirlər Planı imzalanıb. İmzalanma mərasimində MDU-nun rektoru Şahin Bayramov və Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov iştirak edib. Bildirilib ki, hazırda müasirləşməkdə olan MDU-nun Mingəçevir şəhərinin və ətraf regionun hərtərəfli inkişafında rolunun artırılması əsas prioritetlərdəndir. Bu kontekstdə, […]

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib

2023-cü ilin aprelin 20-də Mingəçevir Dövlət Universiteti (MDU), Mərkəzi Aran Regional Təhsil İdarəsi (RTİ) və Yevlax Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib. Mərkəzi Aran RTİ-nin evsahibliyi etdiyi konfrans “Heydər Əliyev İli” çərçivəsində baş tutub. Konfransda Mərkəzi Aran RTİ-nin müdiri Elçin Kərimov, MDU-nun rektoru Şahin Bayramov, […]

Mingəçevirdə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib

2023-cü il aprelin 19-da Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransdan əvvəl, iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu Öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə edib və Ümummilli Liderin anadan olmasının 100 […]

MDU-da kitab təqdimatı: “Mən Vətənəm”

2023-cü il aprelin 18-də Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin (QHTDA) dəstəyi ilə həyata keçirilən “Cəbhədən cəmiyyətə” müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri layihəsi çərçivəsində “Mən Vətənəm” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak […]

Mingəçevir Gənclər Evi Postu:

📍Mingəçevir Gənclər evinin debat klubu fəaliyyətini açıq elan edir. 7-9 may tarixlərində Klubun fəaliyyəti çərçivəsində gənclər debat simulyasiyası, natiqlik üzrə master klass, təqdimat bacarıqları üzrə təlimlərin iştirakçısı olacaqlar. #GənclərDebatda özünü inkişaf etdirəcək və fərqli, maraqlı bir mühitin iştirakçısına çevriləcək 🌟 💼 Debat klubun idarə heyəti fəaliyyətində fərqlənən gənclərdən təşkil ediləcəkdir. 🔗 Üzvlük üçün: https://forms.gle/jt1PdvywcZhyk5Yv8 #GənclərvəİdmanNazirliyi #DVC #MingəçevirGənclərEvi #birkimibirlikdə #AzDebate

Mingəçevirdə birinci mono tamaşalar festivalı nə ilə yadda qaldı?

Kür üstündəki şəhərdə Azərbaycan teatrının 150 və Mingəçevir teatrının 55 illik yubileyləri əvvəlki illərdən fərqli forma və məzmunu ilə diqqəti cəlb etdi. Aprelin 15 və 16-da ölkədə ilk dəfə baş tutan “Bir teatr-bir festival” mono tamaşalar festivalında yerli sakinlərlə bərabər paytaxt və bölgə teatrlarından gələn qonaqlar 20-dək tamaşanın ayrı-ayrı versiyalarını izləyə bildilər. Həm gənc, həm […]

“Turizm Könüllüləri” Təşkilatı MDU-da məlumatlandırıcı görüş keçirib

2023-cü il aprelin 13-də Dövlət Turizm Agentliyinin təşəbbüsü əsasında yaradılan “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin nümayəndələri ilə Mingəçevir Dövlət Universitetində (MDU) görüş keçirilib. Görüşdə MDU-nun İqtisadiyyat kafedrasının professor-müəllim heyəti və turizm ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib. Könüllülük fəaliyyətlərinin gənclərin şəxsi inkişafındakı əhəmiyyətli rolundan bəhs edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov bildirib […]

MDU aliminin Nizami Gəncəviyə həsr olunmuş kitabının təqdimatı keçirilib

2023-cü il aprelin 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Nizami poemalarının ingilis dilinə tərcümələri” kitabının təqdimatı keçirilib. MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılovun müəllifi olduğu kitabın təqdimatında universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbələr və magistrantlar iştirak ediblər. Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək kitabın dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin mədəni irsinin […]