Browsing daily archive

Aprel 9, 2023

MDU əməkdaşı Alqoritmika Beynəlxalq Proqramlaşdırma Məktəbinin təlim kursunu uğurla başa vurub

Mingəçevir Dövlət Universitetinin  (MDU) İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşı Xəyal Hüseynov İqtisadiyyat, Elm və Təhsil nazirliklərinin dəstəyi ilə Alqoritmika Beynəlxalq Proqramlaşdırma Məktəbi tərəfindən təşkil edilən 5 aylıq İT kursunda təmsil olunub. Onlayn və offlayn formatlarda keçirilən təlimlərdə iştirak etməklə X.Hüseynov İT sahəsi ilə yanaşı, karyera inkişafı ilə bağlı bilik və bacarıqlarını da artırmaq imkanları əldə edib. […]

MDU-da seminar: Turizmdə karyera imkanları və gənclər təşkilatlarının təsiri

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrası və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə “Turizmdə karyera imkanları və gənclər təşkilatlarının təsiri” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun İqtisadiyyat kafedrasının bir qrup professor-müəllim heyəti üzvü və “Turizm bələdçiliyi” ixtisası üzrə təhsil alan birinci kurs tələbələri iştirak ediblər. Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov təqdimatla çıxış edərək turizm təhsili […]

MDU-da “Heydər Əliyev İli” çərçivəsində tələbələrin növbəti elmi-praktik konfransı keçirilib

2023-cü il 4 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsi: rəqəmsallaşma və texnologiyalar sahəsində gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib. MDU-nun Heydər Əliyev Mərkəzində keçirilən konfransda Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib. Tədbirin açılışında çıxış edən MDU-nun Mühəndislik fakültəsinin […]