Browsing daily archive

Mart 29, 2023

“Davamçı ol” layihəsi Mingəçevir Dövlət Universitetində

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən “Davamçı ol” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) məlumatlandırıcı görüş keçirilib. Diskussiya formatında keçirilən görüşdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Görüş zamanı iştirakçılara hərəkatla bağlı ətraflı məlumat verilib, onların sualları cavablandırılıb, təklif və fikirləri dinlənilib.

MDU-da elmi-praktik seminar: “Ekologiya mühəndisliyinin müasir problemləri”

2023-cü il martın 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ekologiya mühəndisliyinin müasir problemləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər. Seminarın açılışında Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva, Elm və innovasiyalar şöbəsinin […]