Browsing daily archive

Fevral 23, 2023

Balakən gəncləri üçün layihələrin yazılması təlimləri yekunlaşıb

Balakən rayonunda yaşayan gənclər üçün 3 gün müddətində keçirilən layihələrin yazılması təlimləri yekunlaşıb. Layihənin müddətində 30-a yaxın gəncə layihətəkliflərinin hazırlanması, onun icra planının formalaşdırılması, xərclər smetasının müəyyən edilməsi, layihənin icrasına dair yekun hesabatın hazırlanması qaydaları öyrədilib. Gəncləri layihələrin yazılması və idarə olunması istiqamətində təlimlərə cəlb etməklə onların bilik və bacarıqlarının artırılmasına töhvə vermək layihənin əsas […]

20 Yanvar küçəsindəki 166 saylı binanı təhlükə gözləyir

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 23 fevral 2023-cü ildə 20 Yanvar küçəsindəki 166  saylı binanın sakinləri ilə görüşüb. “Dəmir Yumruq” məhəllə komitəsinin sədri Röya Həmidova uzun illər boyu binanın zirzəmisinin kanalizasiya suları ilə dolu olduğunu, müxtəlif dövlət qurumlarına şikayətlərinin qulaqardına vurulduğunu bildirib: “Gəlirlər, suyu çəkib, gedirlər, yenə zirzəmi kanalizasiya suları ilə dolur. […]

“Bəlkə bir gün qayıdar”

“Ailəmizdə bir bacı və beş qardaş idik. Rövşən sonbeşiyimiz idi. Buna görə də hamımız onu lap çox istəyirdik”. Bu sözləri Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin tar müəllimi Əlfidar Məmmədov deyir. Və əlavə edir ki, 1987-ci ildə Rövşənlə onu eyni vaxtda həqiqi hərbi xidmətə çağırıblar: “Onda mən Şəki Musiqi Kollecinin ikinci kursunda oxuyurdum. Kollecdən iki […]

Rusiyanın Ukraynaya qarşı müharibəsinin bir ili: birlikdə hərəkət etmək beynəlxalq hüququn üstünlüyünü təmin edəcək

24 fevral 2022-ci il Rusiyanın Ukraynanın qəddar, əsassız və qanunsuz işğalına başladığı gün kimi əbədi xatırlanacaq. Bu vəziyyət əsl təcavüz və BMT Nizamnaməsinin açıq şəkildə pozulması olmuşdur və belə də qalır. Bu müharibə nə “sadəcə Avropa məsələsi”, nə də “Qərb digərlərinə qarşı” deyil. Söhbət hər birimizin yaşamaq istədiyi bir dünyadan gedir: nüvə gücü və Təhlükəsizlik […]

10-cu Youth Speak Forum gəncləri bir araya topladı

18 Fevral 2023-ci ildə Azərbaycan Gənclər Fondunun dəstəyilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 10-cu Youth Speak Forum baş tutub. Youth Speak Forum-un əsas məqsədi gəncləri bir araya toplayaraq müxtəlif mövzular üzrə diskussiyalar aparmaq və  gənclərin baxış çərçivələrini genişləndirməkdir. Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışların yer aldığı Youth Speak Forumda bu dəfə #SDG4- “Keyfiyyətli Təhsil, #SDG8- “Layiqli Əmək və […]

MDU-da “Beynəlxalq Ana dili Günü” qeyd olunub

2023-cü ilin fevralın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkil etdiyi tədbirdə universitetin bir qrup gənc əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən KİM-in mütəxəssisi İlhamə Məmmədova “Beynəlxalq Ana Dili Günü” münasibətilə iştirakçıları […]