Browsing monthly archive

Fevral 2023

Nəqliyyatın əsas göstəriciləri

Şəhərdə hava və su nəqliyyatı olmadığından əsasən avtomobil nəqliyyatından istifadə olunur. Şəhərin nəqliyyat müəssisə və təşkilatlarında (fiziki şəxslər də daxil edilməklə) 2022-ci ilin yanvar-dekabr aylarında göstərilmiş xidmətlərin və istehsal edilmiş malların faktiki qiymətlərlə ümumi həcmi 12474,5 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3884,0 min manat və ya 45,2 […]

Kənd təsərrüfatının əsas göstəriciləri

Mingəçevir respublikanın eləcə də “Aran iqtisadi rayonu”nun iri sənaye şəhərlərindən biri olmaqla bərabər, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə də məşğul olan şəhərdir. 2022-ci ilin yanvar-dekabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 65,5 ton ət (diri çəkidə) kəsilmiş, 1180,9 ton süd (fiziki çəkidə) sağılmış, 5,4 ton yun (fiziki çəkidə) və 154,0 min […]

Tikintinin əsas göstəriciləri

2022-ci ilin yanvar-dekabr ayları ərzində şəhərdə 219 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 4 ev və ya 1,9 faiz çoxdur. 2022-ci ilin yanvar-dekabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 26023,2 kv.metr, yaşayış sahəsi isə 12127,9 kv.metrdir. 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi […]

Sənayenin əsas göstəriciləri

Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, elektrik avadanlıqlarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, tikinti materiallarının istehsalı sahələri təşkil edir. 2022-ci ilin yanvar-dekabr […]

Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Sənaye müəssisələri tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında 292780,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 16,0 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 12,6 faizi emal sektorunda, 85,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda […]

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

2022-ci ildə şəhərdə iqtisadiyyatın əsas sahələri üzrə faktiki qiymətlərlə 508099,8 min manatlıq, qiymət indeksi tətbiq olunmaqla (2021-ci ilin qiymətlərilə) 498794,3 min manatlıq və ya 3,2 faiz az məhsul (işlər, xidmətlər) istehsal edilmişdir. Hesabat ilində Mingəçevir şəhərində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı fiziki həcm indeksi tətbiq olunduqdan sonra 96,8 faiz təşkil etmişdir. Hesabat dövründə şəhərdə […]

MDU-da “Ecopeisaje” foto müsabiqəsinə yekun vurulub

Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) nəzdində fəaliyyət göstərən “Ecoreview” Ekoloqlar Klubunun təşkilatçılığı ilə GEOCLIC Erasmus+ layihəsi çərçivəsində keçirilən “Ecopeisaje” foto müsabiqəsinə yekun vurulub. 2023-cü ilin fevralın 23-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Gəncləri Gününə həsr olunmuş müsabiqə gənclərin ətraf mühitə diqqətini artırmaq, fotoqraflıq və yaradıcılıq bacarıqlarını inkişaf […]

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

2023-cü ilin fevralın 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının yekunları və Mühəndislik fakültəsinin fəaliyyəti haqqında hesabatlar dinlənilib. Müzakirələr zamanı müvafiq tapşırıqlar və tövsiyələr verildikdən sonra hər iki hesabat Şura üzvləri tərəfindən qəbul olunub. […]

Mingəçevirdə universitet və məktəb kollektivi Xocalı Soyqırımı Gününü qeyd ediblər

2023-cü ilin fevralın 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin və Mingəçevir şəhər 10 saylı tam orta məktəbin təşkilatçılığı ilə 26 Fevral- Xocalı Soyqırımı Gününə həsr olunmuş “Tarixi qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı” mövzusunda konfrans keçirilib. Mingəçevir şəhər 10 saylı tam orta məktəbdə keçirilən konfransda MDU-nun Təhsil fakültəsinin bir qrup akademik və inzibati […]

“Yaxşı olar ki, digər vergi hesabatları üçün də vahid bəyannamə tərtib olunsun”

27 fevral 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı  Ərazi Vergilər Baş İdarəsi Mingəçevirdə vergi ödəyiciləri üçün informasiya sessiyası keçirib. İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş  dövlət vergi müfəttişi Asəf Abbasov  vergi qanunvericiliyində aparılan son dəyişikliklərlə bağlı məlumat verib.  O, diqqətə çatdırıb ki, Yüksək Texnologiyalar Parkında çalışan fiziki şəxslər 3 il ərzində […]