Browsing daily archive

Yanvar 27, 2023

MDU Elmi Şurasının növbəti iclası keçirilib

2023-cü ilin yanvarın 26-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda “Universitetə tələbələrin cəlb edilməsi işinin təşkili haqqında” hesabat dinlənilib. Aparılan müzakirələrdən sonra, hesabat qəbul edilib və universitetə tələbələrin cəlb edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti struktur bölmə rəhbərlərinə müvafiq […]

Növbəti “Açıq qapı” günü keçirilib

2023-cü ilin yanvarın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər. Cari imtahan sessiyası barədə […]

MDU əməkdaşının həmmüəllifliyi ilə nüfuzlu beynəlxalq jurnalda çap olunan məqalənin təqdimatı keçirilib

2023-cü ilin yanvarın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyyə Allahverdiyevanın həmmüəlliflərlə birgə yazdığı və Web of Science elmimetrik bazasında ən yüksək – Q1 kvartil kateqoriya üzrə indekslənən Amerika Riyazi Elmlər İnstitutunun (American Institute of Mathematical Sciences) “AIMS Mathematics” jurnalında dərc olunan məqalənin təqdimatı keçirilib. “Dördüncü dərəcəli xətti psevdoparabolik tənlik üçün bir əmsal […]

Valideynlər növbəti dəfə imtahan prosesini izləyiblər

2023-cü ilin yanvarın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib. Əvvəlcə, universitetin rəhbər və inzibati heyət üzvləri valideynlərlə söhbət aparıb, onlara imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları, müraciətlərə çevik baxılması mexanizmləri və bugünədək olan imtahan nəticələri barədə ətraflı məlumat veriblər. Sonra, valideynlər auditoriyalarda […]

Mingəçevir Dövlət Universitetində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan elmi konfrans keçirilib

2023-cü ilin 18 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar həqiqətlərinin ictimaiyyətə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, ölkəmizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və […]

İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

2023-cü il yanvarın 18-də Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri cari ilin payız semestrinin imtahan sessiyası çərçivəsində əyani və qiyabi formalarda təhsil alan tələbələrin imtahan prosesini müşahidə ediblər. MDU-nun fəaliyyətində yaxından iştirak etdiklərinə görə İNŞ üzvlərinə təşəkkürünü bildirən universitetin rektoru Şahin Bayramov cari payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı görülən işlər, […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2023-cü ilin yanvarın 18-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrantlar və onların valideynləri ilə görüşüb. İmtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayan rektor MDU-da […]

MDU-da 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

2023-cü ilin yanvarın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər. Əvvəlcə, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirin açılışında MDU-nun […]

MDU-da mühazirə: “20 Yanvar Azərbaycan xalqının milli qürur günüdür”

2023-cü ilin yanvarın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə  Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının milli qürur günüdür ” mövzusunda mühazirə keçirilib. Universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə keçirilən müharizə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. […]

Valideynlər növbəti dəfə imtahan prosesini izləyiblər

2023-cü ilin yanvarın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib. Valideynlər universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə auditoriyalarda imtahanları izləyiblər, imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumatlandırılıblar. Müşahidələrdən sonra, imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun […]