Browsing monthly archive

Dekabr 2022

Ekoloji təmiz məhsul barədə sosial çarx ictimaiyyətə təqdim olundu

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İB-yi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “Ekoloji təmiz məhsul” istehsalının təşviqi”layihəsi çərçivəsində hazırlanmış sosial çarxın Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təqdimatı keçirilib. Təqdimatda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin aqronom ixtisaslı tələbələr iştirak ediblər. Bu barədə İctimai birlikdən qəzetimizə […]

MDU-da müsahibəyə hazırlıqla bağlı təlim keçirilib

2022-ci ilin 30 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “Müsahibədə mən” adlı təlim keçirilib. Təlimdə MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Babək Hüsüyev təqdimatla çıxış edərək işaxtarma və işə müraciət qaydaları, müsahibəyə hazırlıq və müsahibədə diqqət yetirilməli nüanslar barədə ətraflı məlumat verib. Daha […]

“Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda konfransın işinə yekun vurulub

2022-ci ilin 2 dekabr tarixində Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfransın işinə yekun vurulub. Noyabrın 30-dan başlayaraq “Zoom” platforması üzərindən onlayn formatda üç gün müddətində davam edən konfransda tərəfdaş universitetlərin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və […]

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universiteti işbirliyi çərçivəsində “Şuşa İli” nə həsr olunan konfrans keçirilib

2022-ci ilin 2 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Qarabağda turizmin davamlı inkişafı: mövcud potensial, əsas hədəflər və Türkiyə təcrübəsi” mövzusunda konfrans keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant […]

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

2022-ci ilin 1 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İclasda “Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər haqqında” təkliflər müzakirəyə çıxarılıb. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin […]

MDU tələbələri Mingəçevir Tarix Muzeyinə ekskursiya ediblər

2022-ci ilin 1 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələrin Mingəçevir Tarix Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiya “Turizm marşurutları və ekskursiya işinin təşkili” fənni üzrə “Tematik ekskursiyalar” mövzusunda keçirilən mühazirə çərçivəsində həyata keçirilib. Fənn müəllimi Lalə Məmmədova ekskursiyanın tələbələrin praktiki […]

Türkcə Yetərlik İmtahanına (TYS) start verilib

Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı gənclər üçün Türkcə Yetərlik İmtahanına (TYS) müraciətlər başlayıb. 23 noyabr – 21 dekabr 2022-ci il tarixləri arasında müraciətlərin qəbul ediləcəyi imtahan  Bakı şəhərində 14 yanvar 2023-cü il tarixində keçiriləcək. TYS ALTE (The Association of Language Testers in Europe) təsdiqini (Q-mark) alaraq türk dilinin ilk və yeganə beynəlxalq səviyyədə təsdiqlənmiş […]