Browsing monthly archive

Dekabr 2022

Yunus Əmrə İnstitutu ilə Nizami Gəncəvi Fondu arasında memorandum imzalanıb

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlcuq Karakılıç və Nizami Gəncəvi Fondunun prezidenti Rəfi Qurbanov arasında memorandum imzalanıb. Məqsəd Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələr sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdir. Mi-News.az saytının əldə etdiyi məlumata görə bu barədə Bugun.tv-yə Bakı Yunis Əmrə İnstitutunun rəhbəri Səlcuq Karakılıç məlumat verib. “Müqaviləyə, əsasən Türk dünyasının Yunus Əmrə və Nizami Gəncəvi kimi böyük şairlərinin adlarını daşıyan […]

Mingəçevir Dövlət Universitetinin 23 tələbəsinin təhsil xərclərini Gənclər Fondu qarşılayacaq

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən sosial baxımdan həssas ailələrdən olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə elan edilən növbəti müsabiqənin nəticələri açıqlanıb. 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə 431 tələbə və magistrantın təhsil xərci Gənclər Fondu tərəfindən qarşılanacaq. Təhsil xərci qarşılananlar arasında Mingəçevir Dövlət Universitetinin (MDU) 23 tələbəsi də yer alıb. Müsabiqə Azərbaycan Respublikasının […]

MDU-da karyera təlimi: İş axtarışı və rezüme

2022-ci ilin 20 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün “İş axtarışı və rezüme” mövzusunda təlim keçirilib. Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Razim Qurbanov təqdimatla çıxış edərək iş axtarma prosesi və mərhələləri barədə danışıb, düzgün CV və rezüme tərtib etməyin qaydalarından bəhs edib, tələbələrə praktiki tapşırıqlar verib […]

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydaları

Qış fəslində havalar əksər günlər soyuq, yağıntılı və şaxtalı keçir. Yolların buz bağlaması piyadaların işinə çətinlik törədir. Bu cür vəziyyət həm də sürüşmə təhlükəsi yaradır. Buzlu yollarda yıxılıb əzilmək təhlükəsi piyadalar üçün ağır nəticələnə bilər. Buna görə də  onlar bir neçə məqama diqqət etməlidirlər: – buzlu yollarda tələsik yeriməyin və buz üzərində kəskin hərəkətlər etməyin; […]

“Kim deyir ki, bacarmazsan? Bacararsan?” layihəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Kim deyir ki, bacarmazsan? Bacararsan?” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi gənclərə karyera addımlarını düzgün atmaqda kömək etmək və onları psixoloji olaraq hazırlamaq olub. Layihə müddətində gənclər 5 fərqli təlimlərdə iştirak ediblər. “Karyera=Sən”, “Mən necə özüm olum?”, “Şəxsi Brendinq101, “İçindəki sosial […]

“Uşaqlar GÜLərsə” layihəsi uğurla yekunlaşdı.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vl Qrant müsabiqəsi çərçivəsində qalib olan Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbin müəllimi Zülfiyyə Hüseynovanın “Uşaqlar GÜLərsə” adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi. Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bağlanış mərasimində Qarabağ Regional Təhsil […]

MDU-da təlimlər: Özünü kəşf et və məqsədlər

2022-ci ilin 15 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün karyera inkişafı ilə bağlı təlimlər keçirilib. “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi Babək Hüsüyev “Özünü kəşf et”, “Fizika və ekologiya” kafedrasının müəllimi Şəbnəm İslamova isə “Məqsədlər” mövzusunda təqdimatlarla çıxış edərək  özünü tanımaq və özünü inkişaf, hədəf və […]

MDU-da autizmlə bağlı maarifləndirici tədbir keçirilib

2022-ci ilin 15 dekabr tarixində “Birgə və Sağlam” İctimai Birliyinin (BSİB) nümayəndə heyəti Mingəçevir Dövlət Universitetinin (MDU) qonağı olub. BSİB-in həmtəsisçisi Həzi Eynalov, koordinatoru, klinik psixoloq Milana Həsənova və terapiya üzrə supervayzeri, hüquq psixoloqu Aynur Qəribovanın təmsil olunduqları heyət, əvvəlcə, MDU-nun rektoru Şahin Bayramov ilə görüşüb. Görüşdə cari ilin noyabr ayında MDU və BSİB arasında […]

“Region Psixoloqlarının Əsas Həyat Bacarıqları Marafonu”adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vl Qrant müsabiqəsi çərçivəsində qalib olan Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbin müəllimi Aysel Mahmudovanın “Region Psixoloqlarının Əsas Həyat Bacarıqları Marafonu”adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi. Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi […]

Qazilər müharibənin acı günlərini təkrar yaşadılar

“Əsgər şəhidlik zirvəsinə ucalır. Qazi isə müharibənin travmasını, mərmidən  aldığı yarasını, ağrı-acıları ömür boyu canında və yaddaşında daşıyır. “Bu elə bir hisdir ki, ondan xilas olmaq çətindir”-deyir qazilər.   Mingəçevir şəhərindən İkinci Vətən müharibəsində 1030 nəfər iştirak edib. Onlardan 51-i şəhid olub, 120 nəfər yüngül yaralanıb, 35 nəfər isə müxtəlif dərəcəli əlillik statusu alıb. Odun-alovun içindən […]