Browsing monthly archive

Noyabr 2022

Gəncədə ər arvadını kor qoydu sonra intihar etdi

  Gəncə şəhərində dəhşətli hadisə baş verib.  Həyat yoldaşının gözlərini çıxaran ər sonra intihar edib. Ailə münaqişəsi zəminində baş verən hadisədə zərərçəkmiş 40 yaşlı H.Quliyeva gözlərindən bıçaq xəsarətləri alaraq görmə qabiliyyətini itirib. Həyat yoldaşına bıcaq zərbələri endirdikdən sonra cinayətkar intihar edib. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və […]

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü yekunlaşıb. Görüşün yekununda Səmərqənd Bəyannaməsi imzalanıb. Bəyannamədə türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan tezislərə yer verilib. Səmərqənd Bəyannaməsi TDT-nin ideoloji cəhətləri də burada rol oynayır. Zirvə görüşünün nəticələrinə əsasən TDT çoxtərəfli çərçivə əməkdaşlığını daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğunu sübut edib. Azərbaycanın […]

Birinci Xanım Mehriban Əliyeva Səmərqənddə rəsmi səfərdə olub

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Özbəkistan Respublikasına səfər edən səfər edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar. Sərgiyə Birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı […]

Azərbaycan Respublikasının Prezidenti Özbəkistana yola düşüb

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünə qatılmaq məqsədi ilə noyabr ayının 10-da xanımı Mehriban Əliyeva illə birlikdə Özbəkistan Respublikasına səfərə gedib”.   Prezidentin şərəfinə rəsmi qarovul dəstəsi düzülən hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri […]

Mingəçevir Gəncləri 8 Noyabr – Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

GİKM-in Mingəçevir nümayəndəliyi və Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərin səsi” intellektual yarış keçirilib. “Xəmsə” formatında baş tutan yarışda komandalar qalib olmaq uğrunda mübarizə aparıb. “Che” komandası daha çox suala doğru cavab verərək yarışın qalibi olub. “Mingəçevir Gənclər Evi” SXM, GİKM-in Mingəçevir nümayəndəliyi, “İşıqlı […]

Sabirabadda 240 gənc erkən evlilik və şübhəli nikahlara “YOX!” dedi

Azərbaycanda boşanma hallarının sayı çoxalıb. Bu  hal hər qurulan 10 ailədən ikisinin başına gəlir. Bu gün ölkə məhkəmələrində ən çox baxılan işlər sırasında birinci yerdə məhz boşanmalar dayanır. Statistika göstərir ki, son illərdə nikaha girənlərin 20 faizi boşanır. Boşanmaların əksəriyyəti isə tələsib ailə quranlar və tanımadan evlilik xatirinə bu addımları atanlardır. Gəncləri maarifləndirmək üçün Azərbaycan […]

Nazirlərin noyabr ayı üçün vətəndaş qəbulu cədvəli

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlini təqdim edirik.  S/n Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu Qəbulun keçirildiyi gün Xaçmaz Xaçmaz, Şabran, Siyəzən ədliyyə naziri Fikrət Məmmədov 03 Göyçay Göyçay, […]

Şəhərdə tikintinin əsas göstəriciləri

2022-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 147 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 61 ev və ya 29,3 faiz azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 18416,8 kv.metr, yaşayış sahəsi isə 8362,3 kv.metrdir. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi […]

2022-ci ilin yanvar-sentyabr aylarında şəhərin sənayesinin vəziyyəti

Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, elektrik avadanlıqlarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, tikinti materiallarının istehsalı sahələri təşkil edir. 2022-ci ilin yanvar-sentyabr […]

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

2022-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə iqtisadiyyatın əsas sahələri üzrə faktiki qiymətlərlə 354445,5 min manatlıq, qiymət indeksi tətbiq olunmaqla (2021-ci ilin qiymətlərilə) 374433,8 min manatlıq və ya 5,2 faiz çox məhsul (işlər, xidmətlər) istehsal edilmişdir. Cari ilin yanvar-sentyabr ayları ərzində Mingəçevir şəhərində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı fiziki həcm indeksi tətbiq olunduqdan sonra 90,0 […]