Browsing monthly archive

Noyabr 2022

Türkiyədəki dəhşətli partlayış 4 can aldı çox sayda insan yaralandı.

Türkiyənin turistlik məkanı sayılan İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində güclü partlayış olub. Baş verən partlayış nəticəsində ölən və yaralananların sayı medyaya açıqlanıb. 4 nəfərin öldüyü 38 nəfərin yaralandığı partlayışın səbəbi məlum olmasada, istintaq çərçivəsində Baş Prokurorluq tərəfindən 5 dövlət ittihamçısı təyin edilib. Qeyd edək ki, rəsmi məlumatlara görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.  

Şirvan şəhərində narkotik satışı ilə məşğul olan şəxslər həbs edildi

Şirvan şəhərində narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Əli Alcanov və Kamal Kərimov saxlanılıb. Kamal Kərimovun üzərinə keçirilən baxış zamanı bir kibrit qutusunda […]

Dövlət Başçısı İlham Əliyev İdmançıları mükafatlandırıb

Prezident İlham Əliyev ötən gün imzaladığı Sərəncama əsasən Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Sərəncama əsasən, Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər fəxri diplomla təltif ediliblər: İsayev Xəzər Ağali oğlu (Sərbəst güləş üzrə Dünya və ikiqat Avropa […]

Ağdamda ekoloji təmiz məhsul istehsalının təşviqinə həsr olunmuş seminar keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Ağdam rayonunda 25 nəfər fermer üçün seminar təşkil edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən seminarda əvvəlcə […]

Əlikram Bayramova vəzifə verildi

Azərbaycanın sevilən müğənnisi Əlikram Bayramov Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunub. Cavan yaşlarından musiqi fəaliyyətinə başlayan müğənni, musiqi qrupu yaradıb və uzun illər Biləsuvar rayon Mədəniyyət Klubunun müdiri vəzifəsində çalışıb. 1989-cu ildən toy-şadlıq məclislərinə dəvətləri almağa başlayıb. 1997 ci ildə Biləsuvar rayonunda Cəbrayıl Qaçqın şəhərciyində konsert zamanı Ümummilli lider Heydər Əliyevin nəzərindən qaçmayan Əlikram […]

Bakıda baş verən dəhşətli yanğından 25 nəfər təxliyə edilib

Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib.  Üçmərtəbəli yataqxana binasında çıxan yanğından, 25 nəfər təxliyə edilib. Bu barədə Fövqaladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlama verib. Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər […]

MDU-da magistratura təhsilinin önəmi ilə bağlı tələbələrə seminar keçirilib

2022-ci ilin 11 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə “Uğurlu karyerada magistr təhsilinin əhəmiyyəti” mövzusunda seminar keçirilib. MDU-nun bir qrup tələbəsinin iştirakı ilə keçirilən seminar gənclər arasında magistratura təhsilini təbliğ etmək və ali təhsilin bu səviyyəsinin karyera inkişafında əhəmiyyəti barədə tələbələri məlumatlandırmaq məqsədi daşıyıb Seminarda MDU-nun İnformasiya […]

MDU-da dövlət qulluğu ilə bağlı seminar keçirilib

2022-ci ilin 11 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzində dövlət qulluğu ilə bağlı seminar keçirilib. MDU-nun tələbə və magistrantlarının iştirakı ilə təşkil olunan seminar dövlət qulluğunda karyera inkişafı barədə gənclərin maarifləndirilməsi məqsədi daşıyıb. Məruzəçi, Mingəçevir Tibb Kollecinin İctimai fənlər müəllimi Kəmalə Hüseynova təqdimatla çıxış edib. Təqdimatda “Dövlət qulluğunun mahiyyəti”, “Dövlət qulluğu […]

“Creative Spark” layihəsi çərçivəsində MDU-da təlim keçirilib

Mingəçevir Dövlət Universitetində Britaniya Şurasının “Creative Spark” layihəsi çərçivəsində Qrinviç Universitetinin tərəfdaşlığı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə təlim keçirilib. Təlimdə MDU-nun bir qrup gənc əməkdaşı və tələbələri iştirak edib. UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimova layihə haqqında məlumat verib və təlimin əsas məqsədinin gənclər arasında sahibkarlıq və biznes […]

MDU-da “Təqdimat bacarıqları” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Təqdimat bacarıqları” mövzusunda təlim keçirilib. Təlimdə universitetin bir qrup tələbə və magistrantı iştirak edib. KİM-in mütəxəssisi İlhamə Məmmədova təlimin gənclərdə təqdimat bacarıqlarının inkişaf etdirilməsinə hədəfləndiyini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb. Sonra, təlimçi, MDU-nun İnformasiya texnologiyaları kafedrasının əməkdaşı Məryəm Əsədova çıxış edib. Təlimdə təqdimatın […]