Browsing monthly archive

Noyabr 2022

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-nəzəri konfransın materialları dərc olunub

Mingəçevir Dövlət Universitetində (MDU) 2022-ci ilin 4-5 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransın materialları kitab şəklində nəşr olunub. Kitabda respublikamızın 11 ali təhsil müəssisəsi və 6 elmi-tədqiqat institutu olmaqla, bütövlükdə 22 fərqli təşkilatdan 116 məqalə və tezis dərc olunub. Eyni […]

MDU-da seminar: İqlim dəyişikliklərinə qarşı mübarizə

2022-ci ilin 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbə və magistrantlar üçün “İqlim dəyişikliklərinə qarşı mübarizə” mövzusunda seminar keçirilib. KİM-in mütəxəssisi İlhamə Məmmədova seminarın tələbə gənclərin dünyada baş verən iqlim dəyişiklikləri və ekoloji problemlərə diqqətini çəkmək, qlobal səviyyədə iqlim böhranı ilə mübarizə yolları haqqında onların məlumatlılığını artırmaq […]

Mingəçevir Dövlət Universitetində Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

2022-ci ilin 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunan “Milli istiqlal şairi Əhməd Cavad” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Əvvəlcə, Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi […]

Mingəçevir Dövlət Universitetində “TEKNOFEST 2023” festivalı ilə bağlı infosessiya keçirilib

2022-ci ilin 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat tərəfindən “TEKNOFEST 2023” festivalı ilə bağlı infosessiya keçirilib. İnfosessiyada MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov giriş sözü ilə çıxış edərək universitetdə “TEKNOFEST”ə diqqət və marağın yüksək […]

Mingəçevirdə məktəblilər üçün yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib

2022-ci ilin 10 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrası və Mingəçevir şəhər 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəblilər üçün “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib. Mingəçevir şəhər […]

Mingəçevir Dövlət Universiteti “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında uğurla təmsil olunub

2022-ci ilin noyabrın 12-də Mingəçevir Dövlət Universiteti (MDU) “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında uğurla təmsil olunub. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ölkənin 49 ali təhsil müəssisəsi arasında keçirilən bilik yarışında MDU komandası 13-cü yerdə qərarlaşıb. Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və […]

MDU-da mühazirə: Mingəçevir şəhərinin dünəni və bu günü

2022-ci ilin 11 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhərinin 74 illiyinə həsr edilmiş “Mingəçevir şəhərinin dünəni və bu günü” mövzusunda mühazirə keçirilib. Mühazirədə universitetin akademik heyət üzvləri, tələbə və magistrantları iştirak edib. Mühazirədə giriş sözü ilə çıxış edən kafedra müdiri Esmira Cəfərova Mingəçevirin günü-gündən inkişaf etdiyini […]

MDU “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında uğurla təmsil olunub

  2022-ci ilin noyabrın 12-də Mingəçevir Dövlət Universiteti (MDU) “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışında uğurla təmsil olunub. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil +Nazirliyinin dəstəyi ilə ölkənin 49 ali təhsil müəssisəsi arasında keçirilən bilik yarışında MDU komandası 13-cü yerdə qərarlaşıb. +Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin […]

Xəzərin sahilində onlarla suitilərin öldüyü aşkarlandı

Ekologiya Nazirliyinin nümayəndəsi məhv olmuş suitilərin Xəzər dənizinin Qazaxıstan sahillərində tapıldığı barədə məlumat verib. Mütəxəssislər Xəzər suitisinin bu dənizdə yeganə suiti növü olduğunu bildirib. Heyvanların ölüm səbəbini müəyyən etmək üçün onların yarılmasını, həmçinin ərazidən torpaq və su nümunələrinin analizinin aparılmasını planlaşdırıb. Qeyd edək ki,  Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında Xəzər suitilərini nəsli kəsilməkdə olan növlər […]

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İstanbulun mərkəzi İstiqlal küçəsində törədilmiş dəhşətli partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və […]