Browsing monthly archive

Noyabr 2022

MDU-da “Təcrübə danışır” devizi altında seminar keçirilib

2022-ci ilin 17 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İqtsadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Təcrübə danışır” devizi altında seminar keçirilib. “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilən seminara kafedranın müəllimi Səadət Yusibova moderatorluq edib. Seminarda çıxış edən “Finn Church Aid” beynəlxalq yardım təşkilatının təmsilçisi Nuranə Əliyeva fəaliyyəti ilə […]

MDU-da “Bərk məişət tullantılarının idarə olunması” mövzusunda elmi-praktiki seminar keçirilib

2022-ci ilin 15 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Bərk məişət tullantılarının idarə olunması” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminarda Mingəçevirdə fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) əməkdaşları, fakültənin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Seminarda giriş sözü ilə çıxış edən […]

MDU-da qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib. MDU tələbələrinin iştirakı ilə keçirilən tədbirdə KİM-in əməkdaşı Razim Qurbanov qeyri-formal məşğulluğun mahiyyəti və mənfi nəticələri, formal məşğuliyyətin üstünlükləri barədə ətraflı məlumat verib və təqdim edilən sualları cavablandırıb. Sonra, tədbirdə tələbələrə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı bukletlər paylanılıb.

MDU-da seminar: “Yaşıl enerji”

2022-ci ilin 15 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Yaşıl enerji” mövzusunda seminar keçirilib. Seminarda Mingəçevir Bələdiyyəsinin nümayəndələri, MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak ediblər. KİM-in mütəxəssisi İlhamə Məmmədova qlobal Dayanıqlı İnkişaf Məqsədlərində və Milli Prioritetlərdə “yaşıl enerji” konsepsiyasının diqqət mərkəzində saxlanıldığını qeyd edib, gənclərin bu […]

Mingəçevir şəhər Texniki və Humanitar Liseyin 5 komadası “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” finalına vəsiqə qazanıb

Beynəlxalq STEAM Azərbaycan Festivalında Mingəçevir Texniki Humanitar  Liseyinin (THL) 5 komandası finala vəsiqə qazanıb! Bildiyimiz kimi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” keçiriləcək! Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandaları seçim turunda ən yüksək nəticələrlə finala vəsiqə qazanıb. Bu […]

Onlayn İctimai Nəzarət Platforması problemlərin həllinə dəstək olur

Onlayn İctimai Nəzarət Platforması 2021-ci ildə yaradılıb və iyun ayından onlayn fəaliyyət göstərir. Onlayn İctimai Nəzarət Platformasının əsas məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan foto və ya videosübutu olan müraciətləri qəbul etmək və dövlət orqanları vasitəsilə həmin müraciətlərin həllinə nail olmaqdır. Bu günə kimi platformaya Azərbaycan Respublikasının bölgələrindən 4500-dən çox müraciət daxil […]

Qızlar xəyalpərəst olurlar

Əgər bir insan dünyaya qız olaraq gəlibsə, o artıq xəyalpərəstdir və bu belədir. Bəxti gətirib onu çox sevən, qoruyan, qayğısına qalan bir atası varsa xəyalları həmişə pərvaz edəcəkdir. Dünyada hər şey onun gözündə gözəlliyə dönəcək, mahnı qoşacaq, şeir yazacaq, şən və mehriban qız olacaqdır. Yaxşı atası olduğu üçün həmişə qürurlanacaq, fərəhlənəcəkdir. Həyətdə oynadığı, ya bağça […]

Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin olundu

Mədəniyyət Naziri Anar Kərimov Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin edib. Əslən Naxçıvanlı olan İntiqam Soltan oğlu Həsənli  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin  teatr və kino aktyoru fakultəsini bitirib. Qeyd edək ki, Azərbaycanın əməkdar artisti İntiqam Həsənli Bakı Uşaq və Gənclər Teatrının direktoru -bədii rəhbər vəzifəsində çalışıb.  

Yevlaxda ər arvadını boğaraq öldürdü

Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın noyabrın 18-də səhər saatlarında qətli ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, araşdırmalara əsasən 1993-ci il təvəllüdlü Anar Salmanov həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı iplə boğaraq onu qəsdən öldürməsində şübhəli bilinib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə […]

Meşədə vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı

Azərbaycanın Oğuz rayonunda meşədə kişi meyiti aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov, rayonun Tayıflı kənd sakini Əbülfət Ağayevin  meyitinin vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə tapıldığını təsdiqləyib. Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ilkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən […]