Browsing daily archive

Noyabr 18, 2022

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

2022-ci ilin 17 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan universitetin rektoru Şahin Bayramov “Mingəçevir Dövlət Universitetində professor-müəllim vəzifələrinin seçki yolu ilə tutulması meyarları haqqında” məsələni Elmi Şura üzvlərinin müzakirəsinə təqdim edib. Qeyd edilib ki, aparıcı universitetlərin müvafiq təcrübəsindən faydalanaraq mövcud qanunvericiliyin tələbləri çərçivəsində hazırlanan sənəd layihəsi seçkili vəzifələrin […]

“Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində MDU-da seminar keçirilib

2022-ci ilin 16 noyabr tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən həyata keçirilən “Qlobal Sahibkarlıq Həftəsi” tədbirlər planı çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) “İş yeri axtarma, iş yeri yarat” layihəsi ilə bağlı seminar təşkil olunub. “Gəncə İş Adamları” İctimai Birliyinin sədri, sahibkar, “Zaferoğlu inşaat” şirkətinin qurucusu Zəfər Məmmədov tərəfindən keçirilən seminarda MDU-nun […]

Beynəlxalq Təhsil Həftəsi çərçivəsində MDU-da görüş keçirilib

2022-ci ilin 16 noyabr tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Təhsil Həftəsi çərçivəsində ABŞ-ın Merilend Universitetinin Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culian, Səfirliyin proqram direktoru Aydan Əsgərova və Bakı Amerika Mərkəzinin əməkdaşı Əli İbrahim Mingəçevir Dövlət Universitetində (MDU) olublar. Universitetdə olduqları müddətdə nümayəndə heyəti MDU rektoru Şahin Bayramov ilə görüşüb, professor-müəllim […]