Browsing daily archive

Noyabr 12, 2022

Ağdaş gəncləri üçün “Əsas Həyat Bacarıqları” təlimi keçirilib

2 ay ərzində 16 dərsdən ibarət təlim paketində iştirakçılar “Stresin idarə olunması”, “Dinləmə bacarıqları”, “Empatiya”, “Özünüqiymətləndirmə”, “İnamlı ünsiyyət” kimi mövzuları öyrənib, məsuliyyətli olmaq, özünü idarə etmək, diqqətlə dinləmək kimi bacarıqlara yiyələniblər. “Basic Life Skills TOT” sertifikatlı təlimçi, fasilitator Sevinc Məmmədova onlara bu istiqamətlərdə məlumatlar verib, müxtəlif enercayzerdən və innovativ metodlardan istifadə edib. Təlimin sonunda isə […]

8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə Ağdaşdakı könüllülər də iştirak ediblər

Əvvəlcə gənclərimiz rayonumuzun şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə fləşmob edib, şəhidlərimizin adlarını səsləndiriblər. Daha sonra gənclər hərbi yürüş addımları ilə marş ifa edib və bayrağımızı dalğalandırıblar. Həmçinin 9 noyabr tarixində Ağdaş gəncləri, qazilər, şəhid ailələrinin üzvləri, aztəminatlı ailələrin övladları, idmançılar və əməkdaşların II Fəxri Xiyabana və Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Ağdaş rayon […]

Mingəçevirin 74 yaşı bu payıza gözəllik qatdı

Noyabrın 11-də şəhər günüylə bağlı bayram tədbiri səhər saatlarından başlayıb.  Ulu öndərin abidəsini ziyarət edən tədbir iştirakçıları sonra Heydər Əliyev  prospektində Zəfər Günü şərəfinə salınmış parkın açılışında iştirak ediblər. Burada ictimaiyyət nümayəndələri ilə görüşən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov son illər şəhərdə aparılan abadlıq və yenidənqurma işləri haqqında məlumat verib. O, Mingəçevirdə 30-a qədər küçə […]

MDU-da Konstitusiya Günü qeyd olunub

2022-ci ilin 12 noyabr tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr edilən elmi-nəzəri konfrans keçirilib. Konfransda şəhər İcra Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, universitetin akademik, inzibati və tələbə heyəti, YAP Mingəçevir şəhər təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və […]

Göyçay sakini özünü yaraladı

Göyçay rayon sakini ehtiyatsızlıqdan tüfənglə özünü yaralayıb. Göyçay rayonun Yalman kənd sakini, 1968-ci il təvəllüdlü Seyfəddin Salmanov tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində ayağından xəsarət alıb. xəstəxanaya yerləşdirilən S. Salmanovun vəziyyəti orta ağır olaraq müşahidə edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində […]

Hidrometorologiyadan xəbərdarlıq. Qar gəlir!

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən ölkə ərazisində havanın kəskin dəyişəcəyi bildirilib.  Noyabrın 14-nən pisləşəcək hava şəraitinin  16-dək davam edəcəyi açıqlanıb. Bəzi şərq rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı bildirilib. Noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı açıqlanıb.

Gəncədə ər arvadını kor qoydu sonra intihar etdi

  Gəncə şəhərində dəhşətli hadisə baş verib.  Həyat yoldaşının gözlərini çıxaran ər sonra intihar edib. Ailə münaqişəsi zəminində baş verən hadisədə zərərçəkmiş 40 yaşlı H.Quliyeva gözlərindən bıçaq xəsarətləri alaraq görmə qabiliyyətini itirib. Həyat yoldaşına bıcaq zərbələri endirdikdən sonra cinayətkar intihar edib. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və […]

Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü yekunlaşıb. Görüşün yekununda Səmərqənd Bəyannaməsi imzalanıb. Bəyannamədə türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan tezislərə yer verilib. Səmərqənd Bəyannaməsi TDT-nin ideoloji cəhətləri də burada rol oynayır. Zirvə görüşünün nəticələrinə əsasən TDT çoxtərəfli çərçivə əməkdaşlığını daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğunu sübut edib. Azərbaycanın […]