Browsing monthly archive

Oktyabr 2022

Beynəlxalq kitab sərgisi davam edir

“Şuşa İli”nə həsr edilən sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat iştirak edir. Sərgidə qızıl fondun nadir kitablar kolleksiyasından ən qədim sənədlər, xəritələr, fərmanlar, tarixi əsərlər nümayiş etdirilir. Təşkil olunan kitab sərgisində Türkiyənin Mədəniyyət və Turizm nazirliyi ilə Yunus Əmrə İnstitutunun stendi də yer alıb. İnstitutun Bakı nümayəndəliyinin direktoru Selçuk Karakılıc belə tədbirlərin Azərbaycanın və Türkiyənin dünyaya tanıdılması üçün böyük önəm daşıdığını deyır. […]

Mingəçevir Dövlət Universitetində ABŞ Səfirliyinin əməkdaşları ilə görüş

2022-ci ilin 4 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov ABŞ Səfirliyinin Mədəniyyət və təhsil işləri üzrə müşaviri Salman Haci, təhsil mütəxəssisi Ramina Mürşüdova və proqram koordinatoru Səbinə Abdullayeva ilə görüşüb. Görüşdə ABŞ Səfirliyinin region üzrə ingilis dili müşaviri Lotti Beyker, ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində MDU-da fəaliyyət göstərən […]

Musiqi müəllimləri “Arşın mal alan”a yeni ruh verdilər

Oktyabrın 4-də Mingəçevir Dövlət Dram Teatrının səhnəsində “Arşın mal alan” operattası oynanıldı. Bu dəfə rolları teatrın aktyorları deyil, dahi Üzeyir Hacıbəylinin adını daşıyan musiqi məktəbinin müəllimləri ifa etdilər. “Şuşa ili”nə həsr edilən tamaşanı mingəçevirlolərlə bərabər Bakı, Gəncə, Yevlax, Bərdə, Tərtər və Ağdaş rayonlardan dəvət olunmuş mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri də izlədilər. Operettanın süjeti sadə […]

Qəza zamanı ilk növbədə başınızı qoruyun!

Avtomobil qəzaları zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl etməklə həyatı təhlükələrdən xilas ola bilərik. Qəza zamanı nə etməli:    – qəza zamanı, ilk növbədə, başınızı qoruyun; – avtomobili idarə edirsinizsə, sükandan möhkəm tutaraq oturacağa sıxılın; – ön oturacaqda əyləşmisinizsə, oturacağa möhkəm sıxılıb əllərinizlə başınızı qoruyun; – arxa oturacaqda əyləşmisinizsə və mümkündürsə, yerə əyilib əllərinizlə başınızı qoruyun; – […]

“Kürü keçək” devizi altında peşəkarlar və həvəskarlar güclərini sınadılar

Oktyabrın 1-də Azərbaycan Gənclər və İdman Nazirliyi və Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə  Mingəçevirdə  “Kürü keçək” devizi altında peşəkar və həvəskarlar arasında açıq havada üzmə yarışı keçirilib.  “Bu, respublikada ikinci böyük tədbirdir. Birinci dəfə “Xəzər dalğası” devizi altında Bakı şəhərində, ikinci dəfə isə Mingəçevir şəhərində, Kür çayı üzərində təşkil olunur. Məqsəd üzgüçülük idman növünün təbliği, […]

Anar Quliyev: “Biz tamaşaçısız yaşaya bilmirik”

Sentyabrın 30-da Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Dario Fonun “Rəngsazların xatirələri yoxdur” (klounlar üçün fars) adı ilə yeni tamaşanın təqdimatı baş tutdu. Teatrın direktoru Anar Quliyevin tərcüməsində baş rejissor Vüsal Mehrəliyev əsərə özünəməxsus yanaşması ilə fərqli quruluş verə bildi. O, personajlarını klounlara çevirərək, problemi tamaşaçıya daha rahat yolla-yumorla çatdırmağa nail oldu. Əsərin süjeti ciddi və […]

Mingəçevir Dövlət Universitetində “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminar

2022-ci ilin 28 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Şöbənin müdiri, dosent Vüqar Mustafayev seminarda məruzə ilə çıxış edib. Hirş indeksinin (h-indeksi) elmi fəaliyyətin məhsuldarlığını ölçən alətlərdən […]

MDU-da təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər

Mingəçevir Dövlət Universiteitinin (MDU) Tədris şöbəsinin təşkilatçılığı ilə Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrində, Magistratura və Doktorantura Təhsil Mərkəzində təhsil alan tələbələr üçün təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər keçirilib. Görüşlərdə MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər, tətbiq edilən güzəştlər və müraciət proseduru haqqında ətraflı […]