Mingəçevir Dövlət Universitetinə yeni qəbul olan magistrantlarla görüş keçirilib
2022-ci ilin oktyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2022/2023-cü tədris ili üçün bu ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş birinci kurs magistrantlarla görüşüb. Görüş ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Magistrant adını qazanmaları münasibətilə gəncləri təbrik edən rektor Ş.Bayramov MDU-nu seçdiklərinə görə […]