Browsing monthly archive

Oktyabr 2022

“Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi sona çatıb

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi sona çatıb. Qazax rayonunu əhatə edən layihədə 100-ə yaxın kənd sakini iştirak edib. Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin […]

Mingəçevir Dövlət Universitetinin şəhid məzunu Qorxmaz İsgəndərovun məzarı ziyarət edilib

2022-ci ilin 20 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və bu ali təhsil müəssisəsinin bir qrup əməkdaşı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində əslən Laçından olan şəhid məzun Qorxmaz İsgəndərovun məzarını ziyarət edib. Universitet kollektivini Laçın rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli müşayiət edib. MDU əməkdaşları qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun […]

Mingəçevir Dövlət Universitetində könüllülük fəaliyyətinin inkişafı diqqət mərkəzindədir

2022-ci ilin 19 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinin (İKA) nümayəndə heyəti ilə görüşüb. Görüşdə İKA-nın sədri Atanur Cəfərli, baş katib Amal Əliyev, könüllülərlə iş üzrə katib Xəqani Fərəcov və koordinator Fəzilə Ağayeva iştirak edib. Görüşdə tələbələrin hərtərəfli inkişafında mühüm rol oynayan könüllülük fəaliyyətinə MDU-da xüsusi […]

MDU-da “Aşıq ədəbiyyatı antologiyası” toplusunun təqdimatı keçirilib

2022-ci ilin 14 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xalq Bankın “Xalq əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” toplusunun təqdimatı keçirilib. Təqdimat mərasimində MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib. Təqdimatı giriş sözü ilə açan MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent […]

Xəzər Universiteti 15 saylı Mediasiya Təşkilatı ilə memorandum imzaladı

18 oktyabr  2022-ci ildə Xəzər Universiteti ilə Bakı 15 saylı Mediasiya Təşkilatının arasında görüş keçirilib. Görüşə Xəzər Universitetinin rektoru İradə Xəlilova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Mediasiya Şurasının üzvü, Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev və Mediasiya üzrə milli təlimçi Natiq Məmmədov qatılıblar. Onlar müxtəlif statuslu elmi və elmi-texniki konfransların keçirilməsi, […]

Mingəçevir Dövlət Universitetində Energetiklər Gününə həsr olunan konfrans keçirilib

2022-ci ilin 19 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Energetiklər Gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Konfransda “Azərbaycan İES” MMC və Mingəçevir Regional Elektrik Şəbəkəsi (REŞ) MMC-nin  rəhbər və mütəxəssis əməkdaşları, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər. Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov Energetiklər Günü münasibətilə bu sahədə […]

Mingəçevir Dövlət Universitetində Energetika laboratoriyasının açılışı olub

2022-ci ilin 19 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Energetika laboratoriyasının açılış mərasimi keçirilib. 20 oktyabr – Energetiklər Günü ərəfəsində keçirilən açılış mərasimində MDU-nun rektoru Şahin Bayramov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Mingəçevir Regional Elektrik Şəbəkəsinin (REŞ) baş mühəndisi Rövşən Mustafayev və digər qonaqlar iştirak ediblər. Qonaqlar laboratoriyada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, […]

Qubadlının işğaldan azad olunmasından 2 il ötür

Qubadlının 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra rayondan 29997 məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirildi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı  və yararsız vəziyyətə salındı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 […]

Lənkəran Dövlət Universitetinin nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində

2022-ci ilin oktyabrın 17-də Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində (MDU) olub. Nümayəndə heyətinin tərkibində LDU-dan rektorun müşavirləri Mikayıl Məhərrəmov və Telman İmanov, fakültə dekanları Gülbəniz Əliyeva və Zaur Məmmədov, şöbə müdiri Ülkər Babayeva təmsil olunub. Səfər çərçivəsində LDU və MDU rektorları arasında görüş keçirilib, […]

Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Gününə həsr olunan birgə konfrans keçirilib

2022-ci ilin oktyabrın 17-də Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti (MDU) və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib. MDU-nun evsahibliyi etdiyi konfransa Mingəçevirdə səfərdə olan LDU-nun rəhbər və akademik heyət üzvləri, şəhər icra hakimiyyətinin nümayəndələri, MDU-nun […]