Mingəçevir Dövlət Universitetində “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib
2022-ci ilin 5 və 7 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Hirş indeksi və onun tətbiqi” mövzusunda növbəti seminarlar keçirilib. Seminarlarda Təhsil, İqtisadiyyat və idarəetmə fakütlələrinin bir qrup akademik heyət üzvü iştirak edib. Şöbənin müdiri, dosent Vüqar Mustafayev təqdimatla çıxış edib. Təqdimatda elmi fəaliyyətdəki məhsuldarlığın ölçülməsi alətlərindən biri olan […]