Browsing monthly archive

Oktyabr 2022

Diqqət! TikTokdan xəbər var…

TikTok tətbiqdaxili alışlarla gündəlik 2.5 milyon gəlir əldə edərək dünyanın ən çox qazanan sosial proqramı oldu. Qısa video paylaşma platforması olan TikTok son illərdə böyük populyarlıq qazanaraq dünyanın ən çox gəlir əldə edən proqramına çevrildi. Gəlir artımı TikToku-u digər sosial platformalar ilə daha güclü rəqabət etməyə sövq etdi. Oktyabr ayının 31-də toplanan məlumata görə 2022-ci […]

Mingəçevirdə nərd yarışı keçirilib

Oktyabrın 29-da Mingəçevir Bələdiyyəsinin akt zalında Qarabağda Zəfərimizin ikinci ildönümünə həsr olunmuş nərd turniri keçirilib. Tədbirin təşkilatçısı “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Mingəçevir şəhər filialı olub.  Təşkilatın sədri Əlağa Bəndalıyev deyib ki, tədbir Mingəçevir İcra Hakimiyyəti və Bələdiyyə ilə razılaşdırılıb:  “Məqsədimiz ağsaqqallarla gənclər arasında əlaqələri genişləndirmək, asudə vaxtın təşkili və […]

Mingəçevir Dövlət Universitetində şəhid məzun Əzəmi Hüseynova həsr edilmiş filmin təqdimatı keçirilib

2022-ci ilin 28 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunu Əzəmi Hüseynova həsr olunan “Yalnız irəli-3” sənədli filmin təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi tərəfindən hazırlanan filmin təqdimatında şəhid ailəsi üzvləri, qazilər, […]

MDU tələbələri Mingəçevir Sənaye Parkına ekskursiya ediblər

2022-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının təşkilatçılığı ilə “Sənaye mühəndisliyi” ixtisasının I kurs tələbələri Mingəçevir Sənaye Parkında (MSP) fəaliyyət göstərən “Mingəçevir Tekstil” MMC-yə ekskursiya ediblər. Tələbələri universitetin bir qrup akademik heyət üzvü və müəssisənin müvafiq əməkdaşları müşayiət ediblər. Universitet-sənaye işbirliyi çərçivəsində təşkil olunan ekskursiyanın məqsədi “Sənaye mühəndisliyi” ixtisası […]

Mingəçevir Dövlət Universitetində “Özünü kəşf et” təlimi keçirilib

2022-ci ilin 26 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Özünü kəşf et” mövzusunda təlim keçirilib. Təlim özünüdərkin və gələcəyə olan baxışların düzgün formalaşdırılması barədə gənclərin maarifləndirilməsi və onların motivasiyasının gücləndirilməsi məqsədi daşıyıb. İqtisadiyyat və idarəetmə fakültəsinin “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi Babək Hüsüyev tərəfindən keçirilən təlimdə MDU-nun bir […]

Əfqan veteranlarının yaşayış sahəsində Mikayıl Əlibəylinin xatirə bulağı açıldı

2022-ci il oktyabrın 30-da Mingəçevirdə, əfqan veteranlarının yaşayış sahəsində Mikayıl Əlibəylinin xatirə bulağının açılışı olub.  Mərasimdə din xadimi Cavid Mustafazadə, Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin rəhbəri Elşən İbrahimli, idmançı Mehman Məlikov, Milli Məclis üzvünün köməkçisi Bayram Yusifov, ictimai fəal Qismət Qədirov, “Gənc Qazilər” İctimai Birliyinin sədri Namiq İbrahimli və başqaları çıxış ediblər. Onlar  bu il […]

MDU-nun rektoru Beynəlxalq Universitetlər Assosiasiyasının İdarə Heyətinin üzvü seçilib

Mingəçevir Dövlət Universiteti ölkəmizin ali təhsili adına bir ilkə imza atdı. Universitetimizin rektoru çox hörmətli Şahin müəllim Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) İdarə Heyətinin üzvü seçilib. Bu münasibətlə, başda cənab rektorumuz olmaqala, universitetin bütün kollektiv üzvlərini təbrik edirik. Milli ali təhsilimizin dünya ali təhsilinə inteqrasiyası və beynəlxalq akademik səviyyədə fəal təmsil olunması işində rektorumuza uğurlar arzulayıram. […]

Lüksemburq Universitetinin doktorantı ERASMUS+ proqramı çərçivəsində Mingəçevir Dövlət Universitetində olub

2022-ci ilin 24-28 oktyabr tarixlərində dünya səviyyəli tədqiqat universiteti hesab edilən Lüksemburq Universitetinin doktorantı Nicat Hacıxanov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə proqramı çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub. Universitetdə olduğu müddətdə N.Hacıxanov MDU-nun akademik və inzibati heyət üzvləri ilə görüşüb, gənc müəllimlər, tələbələr üçün seminarlar və təlimlər keçib. Akademik və inzibati heyət üzvləri ilə […]

MDU əməkdaşı “IV təbiət elmləri və mühəndislikdə ixtiralar” mövzusunda beynəlxalq konfransda çıxış edib

Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının dosenti Vüqar Mustafayev 2022-ci ilin 26-29 oktyabr tarixlərində Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “IV təbiət elmləri və mühəndislikdə ixtiralar” (4th International Conference on Innovations in Natural Sciences and Engineering – ECINSE 2022) mövzusunda beynəlxalq elmi-praktiki konfransda […]

Mingəçevir Dövlət Universiteti “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Bootcamp” tədbirində təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində keçirilən “Mentorun 72 saatı” adlı “Bootcamp” tədbirində təmsil olunub. 2022-ci ilin 21 oktyabr tarixindən başlayan və 3 gün davam edən tədbirdə MDU-nun 10 əməkdaşı iştirak edib. Tədbirin açılış mərasimində […]