Browsing daily archive

Sentyabr 16, 2022

MDU Vyanada dünya alman dili müəllimlərinin XVII qurultayında təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) Avstriyanın paytaxtı Vyana şəhərində “Beynəlxalq Alman Dili Müəllimləri Birliyi”nin təşkilatçılığı ilə keçirilən dünya alman dili müəllimlərinin XVII qurultayında təmsil olunub. Qurultay Vyana Dövlət Universitetinin əsas binasında təşkil olunub. Dünyanın 115-dən çox ölkəsindən 2500-dən çox alman dili müəlliminin qatıldığı qurultayda MDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov da iştirak edib. Qurultayın […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Erasmus + layihəsi çərçivəsində Rumıniyada təlimlərə qatılıblar

2022-ci ilin 5-10 sentyabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) tərəfdaşlıq etdiyi “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar (GEOCLIC)” adlı Erasmus+ layihəsi çərçivəsində Rumıniyanın Konstanta Maritime Universitetində (KMU) keçirilmiş təlimlərdə təmsil olunub. Təlimlərdə MDU-nun beynəlxalq əməkdaşlıq ofisinin mütəxəssisi, layihənin universitet üzrə koordinatoru Sənan Mehdi, Fizika və ekologiya kafedrasının müəllimləri Aytac Cavadova […]

MDU əməkdaşları Naxçıvanda beynəlxalq konfrasda fəal təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Türkiyə Respublikasının Orta Şərq Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan” Universitetində keçirilən “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda Beynəlxalq Şərq Konfransında fəal iştirak edib. Azərbaycan, Türkiyə, Qırğızıstan, Malayziya, Tailand və İtaliyadan, ümumilikdə, 160 müəllifin 91 məqaləsinin daxil olduğu Konfransın bölmə iclaslarında […]