Mingəçevir 20 yaşında şəhidlik zirvəsinə ucalan övladını torpağa tapşırdı
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində əsgər Rzayev Tərlan Pərviz oğlu şəhid olub və sentyabrın 14-də Mingəçevirdə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Onun hərbi xidmətini başa vurmasına 2 ay qalırdı. Tərlan Rzayev Mingəçevirdəki 26 saylı köçkün məktəbinin məzunu idi. Atasıız böyümüşdü. Hərbi xidmətdən qabaq fəhləlik etməklə anasının ailə yükünün bir hissəsini çiyninə götürməyi bacarmışdı. […]