Browsing monthly archive

Sentyabr 2022

“Azəriqaz” nümayəndələri evlərinizə gələcək: qaz xətləri və cihazlarına baxış keçirmək üçün

Sentyabrın 28-də Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) yerli nümayəndəliyi ilə birgə Mingəçevirdə qaz xidmətinin vəziyyətini müzakirəyə çıxarıb. Şura sədri Fərman Nəbiyev iclası açaraq, bildirib ki, məqsəd şəhərdə bu sahədə yaranan problemlərə diqqəti çəkmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqdır: “Xüsusən şəhərin Axundov küşəsində və […]

Mingəçevirdə şəhidlərin xatirəsi silsilə tədbirlərlə yad olundu

Sentyabr 27-də Mingəçevirdə Anım Günü ağacəkmə kampaniyası ilə başlayıb. Mingəçevir şəhər  İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyaya idarə və müəssisələrin kollektivləri  həvəslə qoşulublar.  Gün ərzində şəhərin  müxtəlif  ərazilərində  600-dək ağac əkilib. Heydər Əliyev prospektində,  “Kür” komputer zavodunun arxasındakı ərazidə Zəfər günü şərəfinə salınan yeni parkda isə 100 ağacdan birini Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham […]

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi 27 sentyabr – Anım Günü ilə əlaqədar silsilə fəaliyyətlər həyata keçirib

İlk öncə mərkəzin əməkdaş və gəncləri Mingəçevir Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin xatirəsini sevgi və ehtiramla anıblar! Daha sonra qazilərlə görüşən əməkdaş və gənclər Şəhidlərin Xatirə Muzeyini ziyarət edib. Daha sonra “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və GİKM-in Mingəçevir nümayəndəliyinin gəncləri Azərbaycanın Zəfər tarixini yazan Xüsusi Təyinatlı […]

Peşəsi olmayan köçkünlər bu gün iş tapmaqda çətinlik çəkirlər

Sentyabrın 22-də Bərdədə 866 saylı qəsəbədə, 23-də Ağdamda “Bənövşələr” qəsəbəsində, 27-də isə Mingəçevir Media Mərkəzində “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” istiqamətində müzakirələr aparılıb. Məlum olub ki, əksər köçkünlər peşələrə yiyələnmədiklərindən bu gün iş tapmaqda çətinlik çəkirlər. Daha çox dövlətin və beynəlxalq təşkilatların yardımlarına bel bağlayan insanlar indi başa düşürlər ki, hansısa bir sənətin sahibi olmaqla […]

Bərdədə 27 sentyabr-Anım Günü qeyd edilib

Bərdə Regional Mədəniyyət İdarəsi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü  tədbiri keçirilib.  Baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Əllərində üçrəngli Azərbaycan bayrağı və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları dövlətimizə və ordumuza dəstək […]

MDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində iştirak etmiş universitetin əməkdaşları, tələbələri və məzunları ilə görüşüb. Görüşdə bu ali təhsil müəssisəsinin şəhid məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailə üzvləri, qazi məzun Abdulla Abdullayev, hazırda MDU-nun birinci kursunda təhsil alan “Azərbaycan Bayrağı” ordenli tələbəsi Elnur Salahov da iştirak ediblər. Görüşdə universitetin […]

MDU kollektivi şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları 27 Sentyabr – Anım Günü münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, mingəçevirli şəhid qardaşlar Əli və İslam Əhmədovların və hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən […]

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunan konfrans keçirilib

Mingəçevir Dövlət Universiteti (MDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “Xatirələrdə əbədiləşən qəhraman şəhidlərimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda şəhid ailəsi üzvləri, qazilər, MDU-nun İctimai Nəzarət Şurasının nümayəndələri, universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər. Əvvəlcə, Mingəçevir Şəhidlər Xiyabanı ziyarət edilib və qəhrəman […]

Mingəçevir Dövlət Universitetinin magistrantları Şəhidlər Xiyabanını ziyarət ediblər

2022-ci ilin 25 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) və Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) bir qrup əməkdaşı və magistrantlar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub. MDU kollektivi üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik […]

Mingəçevir Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunan dəyirmi masa keçirilib

2022-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “27 Sentyabr: Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhrəmanlıq tarixi” mövzusunda dəyirmi masa keçirilib. Universitetin tələbə və müəllim kollektivi üzvlərinin qatıldığı dəyirmi masada mingəçevirli şəhid qardaşları Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova da […]