Mingəçevir Dövlət Universiteti yeni ERASMUS+ layihəsində tərəfdaşlıq edəcək
Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs International Network – VEHUB4YOU) layihəsi Avropa İttifaqının Erasmus+ proqramının qalibi elan edilib. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən yeni layihənin 36 ay ərzində icra edilməsi nəzərdə tutulur. Layihənin koordinatoru qismində İtaliyanın Floggia Universiteti (UNIFG) çıxış edəcək. […]