Browsing daily archive

İyul 22, 2022

Şura iclasında 4 məsələ müzakirə olundu

22 iyul 2022-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. Tədbir iştirakçıları 2022-ci ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və ilin ikinci yarısında qarşıda duran vəzifələr, şəhər təsərrüfatı müəssisələrinin 2022-ci ilin I yarısında fəaliyyəti, şəhərdə uşaq və gənclərin asudə vaxtının təşkili, onların dünyagörüşünün formalaşdırılması sahəsində görülən işlərin vəziyyəti və […]

İcra Hakimiyyəti başçısı jurnalistlərlə görüşdü

Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə iyulun 22-də Mingəçvir şəhər İcra Hakimiyyətində görüşə bölgəni əhatə edən media təmsilçiləri ilə yanaşı ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri də dəvət olunublar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan mətbuatının keçdiyi yola nəzər salıb, mətbuat üzərində senzuranın götürülməsindən, ölkədə azad mətbuatın inkişafı və tərəqqisinə geniş yol […]

Bərdə Mədəniyyət İdarəsi bölgə jurnalistlərini bir araya gətirdi

İyulun 22-də Bərdə Mədəniyyət İdarəsi Milli Mətbuat və Jurnalistika günü münasibətilə  bölgədə çalışan jurnalistləri bir araya gətirib. Öncə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin xatirə guşəsi önünə gül dəstələri qoyub və eyni zamanda hərbi jurnalist Şöhrət Eyvazoğlunun 44 günlük müharibədə düşməndən qənimət olaraq götürdüyü eksponatlar əsasında hazırlanan “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış […]

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mingəçevirdə fəaliyyət göstərən mətbuat işçiləri ilə gənclərin görüşü keçirilib

  “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev, mi-news.az saytının redaktoru Yeganə Nəbiyeva, “Alpaninfo” və “Yeniavaz” saytlarının bölgə müxbiri Esmira Hidayətovanın iştirak etdiyi görüşdə gənclərə milli mətbuatımızın yaranması, keçdiyi çətin və keşməkeşli inkişaf yolu ilə bağlı məlumat verilib. Mətbuatın cəmiyyətin güzgüsü olduğunu deyən mətbuat işçiləri jurnalistika sahəsinin çətinlikləri önə çəkib və informasiyanı xalqa […]

Mingəçevir Dövlət Universitetində mətbuat işçiləri ilə görüş keçirilib

2022-ci ilin 21 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov  “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq edən bir qrup mətbuat işçisi ilə görüşüb. Görüşdə “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “EL” televiziya şirkətinin direktor müavini Ceyhun Səbzəliyev, jurnalist Esmira Hidayətova, MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisləri Qurban Qurbanzadə […]

Mingəçevir Dövlət Universiteti “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlıq edəcək

2022-ci ilin 19 iyul tarixində  Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Birgə və Sağlam” İctimai Birliyinin həmtəsisçisi Həzi Eynalov ilə görüşüb. Görüşdə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov və MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak edib. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllinin dövlət tərəfindən daim […]