Browsing daily archive

İyul 10, 2022

Mingəçevir Dövlət Universitetində “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzunda seminar

2022-ci ilin 7 iyul tarixində Mingəçevir Dövlət Universitetində (KİM) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təlim və tədrisdə Türkiyə təcrübəsi” mövzusunda seminar keçirilib. Universitetin bir qrup akademik və inzibati heyət üzvlərinin iştirak etdiyi seminarda “Mexanika” kafedrasının müdiri, dosent Mahir İsmayılov  və müəllimi Qaragöz Kərimov təqdimatla çıxış ediblər. Təqdimat zamanı Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan […]

Rektor Şahin Bayramovun Qurban bayramı münasibətilə təbriki

Mingəçevir Dövlət Universitetinin (MDU) hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri! Əziz tələbələr, magistrantlar və məzunlar! Sizi xeyirxahlıq, mərhəmət və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm! Kəsdiyiniz qurbanların və etdiyiniz duaların Allah dərgahında qəbul olunmasını arzulayıram! MDU-nun beş ŞƏHİD məzununun əziz xatirəsini böyük ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm! Qurban bayramınız […]

MDU əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

2022-ci ilin 9 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Qurban bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş […]

Mingəçevir Dövlət Universitetində Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramına cəlb olunan tələbələrlə görüş

2022-ci ilin 8 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramında iştirak edəcək universitetin bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri ilə görüşüb. Yay Təcrübə Proqramı çərçivəsində qrup tapşırıqları mərhələsindən uğurla keçən tələbələri təbrik edən rektor Ş.Bayramov nəzəri və praktiki biliklərin artırılması baxımından […]