Browsing monthly archive

İyun 2022

Yevlax şəhərində “Şuşa ili”

Ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Bu kimi tədbirlərdən biri də Yevlax şəhərində baş tutub. Tədbir çərçivəsində Yevlax rayon Aşağı Qarxun kənd Uşaq musiqi məktəbinin yaradıcı kollektivi tərəfindən maraqlı və yaddaqalan konsert proqramı təqdim olunub. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından […]

Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında da İctimai Şura yaradılacaq

Xəbər verdiyimiz kimi, indiyədək əksər bölgələrin İcra hakimiyyətləri yanında ictimai şuralar fəaliyyət göstərsə də, bu günə qədər Mingəçevirdə yaradılmayıb. Bu haqda mayın 26-da Gəncədə keçirilən zona konfransında məlumat verilmişdi. Nəhayət, Mingəçevirin yerli hökuməti də tilsimi sındırmaq istəyir. İyunun 9-da İH-nin veb səhifəsində yerləşdirilən elandan aydın olur ki, İH-də seçki komissiyası yaradılıb və seçkilərdə iştirak etmək […]

Misri qılınclar Mingəçevirdə

Iyunun 8-də Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir Nümayəndəliyinin təşkilatçılığı ilə Mingəçevirdəki   Heydər Əliyev Mərkəzində  “Ulu Gəncənin sənət inciləri” adlı yaradıcılıq sərgisi açılıb. Sərgidə bədii metalişləmə mütəxəssisi,  Azərbaycanın Əməkdar rəssamı Mübariz Əkbərov, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Camaləddin Rüstəmov və ağac oyma ustası,  Azərbaycanın  Əməkdar rəssamı Saləddin Məhərrəmovun əl işləri nümayiş olunur. İki gün davam edəcək […]

Yerli icra hakimiyyətləri “QHT ziyarətləri”nə gələnlərin tənqid atəşində

Bir müddətdir ki, “QHT ziyarətləri” layihəsi çərçivəsində bölgələrə səfərlər təşkil edilir, regionlardakı vətəndaş cəmiyyəti təşkilatlarının real vəziyyəti yerində öyrənilir. Bu, əvvəllər də arzulanırdı, amma QHT Şurası paytaxtdakı məşhur otellərdə 400-500, bəlkə də daha çox iştirakçını bir araya gətirməklə işini bitmiş hesab edirdi. Bir saatdan sonra zalın yarısı boşalırdı, çünki Gəncədən, Zaqataladan, Qazaxdan  və digər bölgələrdən […]

Günəş şüalarının yarada biləcəyi təhlükələrdən xəbərdarsınızmı?

İstilər ən çox körpələrə, hamilə qadınlara, açıq sahədə çalışan insanlara, şəkər, ürək-damar, qara ciyər, böyrək xəstəliyi olan, davamlı dərman qəbul edən insanlara pis təsir edir. Həddindən artıq istilər nəticəsində insanlar özlərində bəzi narahatlıqlar hiss edirlər. Günəş şüaları gün vurmasına gətirib çıxara bilər. Bu isə təcili müalicə olunmazsa,  ölümə də gətirib çıxarar. Günəş vurmuş insanın istiliyi […]

Cavanşir Yusubov: “Azərbaycanın qoşulduğu enerji layihələri ölkənin daxili inkişafı üçün son dərəcə önəmlidir”

Bu gün Avropa Birliyinə daxil olan ölkələr enerji təhlükəsizliyinin təmin edilməsi və alternativ mənbələrə çıxış baxımından Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirirlər. İyun ayının 1-də açılışı olmuş 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində səsləndirilən fikirlər də bunu deməyə əsas verir ki, hazırda dünya və Avropa dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları abituriyentlərlə görüşüblər

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanlarının keçirildiyi ərəfədə Mingəçevir Dövlət Universitetində (MDU) maarifləndirmə və tanıtım məqsədilə abituriyentlərlə görüşlərə start verilib. Görüşlər MDU-nun bir qrup əməkdaşı tərəfindən Mingəçevir şəhəri və ətraf rayonlarda yerləşən ümumtəhsil məktəblərində təşkil olunub. Görüşlər zamanı abituriyentlərə düzgün ixtisas seçimi ilə bağlı müvafiq tövsiyələr verilib və universitetin tanıtımı həyata […]

Bərdədə “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı konfrans keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi […]

Mingəçevir Dövlət Universitetinin tələbə və əməkdaşları Mingəçevir Sənaye Parkında infoturda

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə Mingəçevir Sənaye Parkına (MSP) infotur təşkil edilib. İnfoturda kafedranın bir qrup akademik heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər. İnfotur çərçivəsində universitet heyəti MSP-nin istehsalat bölmələri və laboratoriyalarında texnoloji proseslərlə tanış olublar, informasiya-idarəetmə texnologiyaları və sistemləri barədə məlumatlandırılıblar. İnfotur iştirakçılar tərəfindən […]

Mingəçevir Dövlət Universitetində “Karyera Günü”

2022-ci ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin və “ParaBOKT” ASC-nin birgə təşkilatçılığı ilə “Karyera Günü” keçirilib. “ParaBOKT” ASC-nin mütəxəssisləri Gülnar Həsənova və Sənan Ağayev tələbələrə təmsil etdikləri şirkətin yaranması və fəaliyyəti, təcrübə proqramları, karyera və iş imkanları, işə qəbul prosesi və müsahibəyə hazırlıq barədə ətraflı məlumat veriblər. Sonra şirkətdə […]